Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Azərbaycanı gözləyən DƏHŞƏTLİ təhlükə

Azərbaycanı gözləyən DƏHŞƏTLİ təhlükə

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ölkənin su ehtiyatları sürətlə azalır - çıxış yolu varmı?

Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 faiz azalıb. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə deyib. Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu da oxşar həcmdə azalıb: “Bunlar bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir”.

Azərbaycan rəsmi qurumlarının hesablamalarına görə, ölkənin yeraltı və yerüstü şirin su ehtiyatları müstəqillik illərində 15 faizdən çox azalıb. Ən son qiymətləndirmələrə əsasən, Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetr təşkil edir. Müqayisə üçün qeyd edək ki, 1980-ci illərdə SSRİ dövründə aparılmış müfəssəl qiymətləndirmələrə əsasən, bu göstəricinin 30,9 milyard kibmetr olduğu təsdiqlənmişdi.

Hazırda mövcud ehtiyatların yarıdan çoxu və ya 13,2 milyard kubmetri transsərhəd yerüstü çay axınlarından formalaşır. Qalan 8,4 milyard kubmetr yeraltı suların, 4,6 milyard kubmetr isə yerli çayların payına düşür. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (68 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənib.

Azərbaycanda ümumilikdə 8359 çay var və bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axın) daxili çaylardan formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalmalar müşahidə edilir.

Mütəxəssislər bildirirlər ki, son illər əsas transsərhəd çayları olan Kür, Araz və Samur çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində sugötürücü qurğularla daha çox mənimsənilir ki, nəticədə bu çaylar vasitəsilə ölkəmizə daxil olan su həcmlərində ciddi azalmalar baş verir. Bu da öz növbəsində Azərbaycanda suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır. Belə hallar özünü daha çox suya tələbatın kəskin artdığı yay aylarında müşahidə edilir.

Əliağa Əzizov

ADSEA rəsmiləri bildirirlər ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”nın əsas məqsədi Azərbaycanda su təhlükəsizliyini təmin etmək, su dayanıqlığını gücləndirmək, müasir su idarəçiliyi və müasir su idarəetmə sistemini formalaşdırmaqdır. Agentliyin departament rəhbəri Əliağa Əzizovun sözlərinə görə, strategiyanın əsas hədəfi su ehtiyatları üzərində nəzarəti artırmaq və uzunmüddətli dayanıqlığı təmin etməkdir: “Əsas prinsiplər və istiqamətlərdən birincisi su ehtiyatlarının qiymətləndirilməsidir. Çünki bütün məsələlər buradan başlayır. Bunun üçün hidrologiya və hidrogeologiya üzrə tədqiqatların aparılması, həmin tədqiqatlardan dəqiq məlumatların əldə edilməsi, real vaxt rejimində məlumatların toplanması və sensorlar, avtomatik qurğular vasitəsilə rəqəmsal texnologiyaların tətbiqi əsas şərtlərdəndir. İkinci istiqamət, su ehtiyatlarının səmərəli idarə olunmasıdır. Bu, inteqrasiya olunmuş su idarəçiliyi modelinin tətbiqi deməkdir. Strategiya Azərbaycanın bütün su ehtiyatlarını, yəni həm transsərhəd çaylarını, həm də daxili çayları vahid sistem üzrə idarə etməyi nəzərdə tutur. Digər mühüm istiqamət hövzə prinsipi üzrə idarəetmədir. Xüsusilə kənd təsərrüfatına suyun bölgüsü baxımından bu, çox vacibdir. Çünki Azərbaycanda suyun ən böyük istehlakçısı məhz kənd təsərrüfatıdır. Buna görə də hövzə idarəçiliyi strategiyanın əsas dayaqlarından biridir. Növbəti prinsip su itkisini minimuma endirməkdir. Hazırda suvarma və içməli su infrastrukturunda sızmalar, axıntılar və itkilər mövcuddur. Strategiyanın hədəfi 2040-cı ilə qədər bu itkiləri əhəmiyyətli dərəcədə azaltmaqdır”.

O qeyd edib ki, digər bir hədəf içməli su təchizatında 100% sayğaclaşmaya nail olmaqdır: “Strategiyanın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialından istifadənin artırılmasıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda su təhlükəsizliyini təmin etmək üçün bir sıra layihələr həyata keçirilir. Bütün bu prinsiplər və hədəflər uzunmüddətli xarakter daşıyır və 2040-cı ilə qədər nəzərdə tutulub".

Qlobal iqlim dəyişikliyinin mənfi təsirinə ən çox məruz qalan Azərbaycanda şirin su təminatına təhdidi artıran əsas məsələ itkilərin hədsiz çox olmasıdır. Bu məsələ hələ 2020-ci ildə baş verən ağır quraqlıq zamanı Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə müzakirə olunub. Müşavirə zamanı verilən məlumatdan aydın olub ki, o dövr üçün 35,6 milyard kubmetrlik su ehtiyatından bilavasitə əhalinin təminatı məqsədilə istifadənin real həcmi 300 milyon kubmetrə çatmır. Bu, şəbəkədən əhalinin istehlakı üçün götürülən suyun 50 faizindən də azdır. Suyun qalan hissəsi itkiyə gedir. Prezident həmin müşavirədə itkilərlə bağlı məsələyə xüsusi toxunub: “İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın”.

Həmin müşavirədən sonra nəhayət ki, Azərbaycanın su balansının tərtib olunmasına başlanıb. Nazirlər Kabinetinin həyata keçirdiyi bu iş 2025-ci ildən ADSEA-ya həvalə edilib.

2020-ci il müşavirəsində Prezidentin itkilərin aradan qaldırılmasına dair tapşırıqlarından 3 il sonra Z.Mikayılovun dediyindən məlum olub ki, 2023-cü ildə Azərbaycanda içməli suyun 39 faizi, suvarma suyunun isə 50 faizindən çoxu itkiyə gedib: “Son 4 ildə içməli su itkisini 44 faizdən 39 faizə endirmişik. Amma 39 faiz qürur duyacaq bir rəqəm deyil. İçməli su sistemləri üzrə dünyada ideal rəqəm 10 faizdən az sayılır. Yaxın 10 ildə içməli suda itkini 20 faizə salmağı, 2050-ci ilə qədər isə 10 faizdən aşağıya endirməyi hədəfləyirik. Əslində bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir. Biz, sadəcə, itkiləri azaltsaq, suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burada şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”.

Qeyd olunduğu kimi, əsas su itkiləri kənd təsərrüfatındadır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun verdiyi məlumata görə, hazırda suvarılan ərazilərin cəmi 11-12 faizi müasir suvarma sistemi ilə irriqasiya edilir: “Biz qənaətcil və müasir suvarma texnologiyalarının tətbiqi üçün çalışırıq. Fikrimcə, müasir suvarılma texnologiyasından istifadədə 11-12 faiz kifayət deyil. Biz gələcəkdə bu rəqəmin artırılmasını və 100 faizə çatdırılmasını hədəfləyirik”.

Məcnun Məmmədov iqlim dəyişikliyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əsas strategiyasını bəyan edib: “İqlim dəyişikliyi fonunda, həm sosial, həm də iqtisadi mənada dayanıqlılıq təmin olunmalıdır. Həm fermerlərin rifahı təmin olunmalı, həm də dövlət üçün iqtisadi gəlirlər gətirəcək işlər görülməlidir. Fermerlərin gəlirlərinin artırılması Kənd Təsərrüfatı Nazirliyinin əsas məqsədlərindən biridir. Kənd təsərrüfatı strategiyasının mərkəzində iqlim dəyişikliyinə dayanıqlılıq yerləşir. Torpaq, su və maliyyə resurslarından əlavə olaraq, insan resursu da çox mühümdür. Bu baxımdan fermerlərin maarifləndirilməsi, peşəkar mütəxəssislərin hazırlanması, fermer qruplarının təkmilləşdirilməsi, onlara müasir texnologiyalardan istifadə etmək bacarığının aşılanması prioritetlərdən biridir”.

Konkret rəqəmlərlə desək, son 4 ildə Azərbaycanda müasir (pivot) suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatların ümumi sahəsi 80 min hektardan 120 min hektara çatdırılıb. Bu, çox aşağı bir göstəricidir. Hazırda dövlət müasir və qənaətli suvarma sistemlərindən istifadəni stimullaşdırmaq üçün müəyyən addımlar atır. Məsələn, müasir suvarma sistemləri olan təsərrüfatlara 60 faiz çox subsidiya verilir. Lakin bu mexanizmlərin gözlənilən səviyyədə stimullaşdırıcı təsirini görə bilmirik. Belə ki, ildə cəmi 4-5 min hektar ərazi pivot suvarma sistemləri ilə əhatə olunur. Nəzərə alsaq ki, ölkədə suvarılan torpaqların sahəsi 1,5 milyon hektardır, onda belə sürətlə 100 faizlik həddə nə vaxt çatılacağını təsəvvür etmək mümkün deyil. Buna görə də ölkə üzrə müasir suvarma sistemlərinin kütləviləşməsi üçün dövlətin daha təsirli alətləri işə salması son dərəcə vacibdir. Bu alətlər belə suvarma sistemlərinin daha çox insan üçün əlçatanlığını təmin etməlidir.

Digər çox mühüm məsələ suvarma kanallarının yenilənməsi, bu sahədə itkilərin aradan qaldırılmasıdır. Nəhayət, bir vacib məsələ isə suvarma suyunun ədalətli bölgüsünün təmin olunmasıdır. Məlumdur ki, xüsusilə suvarma ehtiyaclı bölgələrdə məhdud su ehtiyatlarından istifadədə yerli icra strukturlarına bağlı şəxslərin üstünlüyü var. Bu üstünlük hamı üçün bərabərlik prinsipi ilə əvəz olunmalıdır. Bu, həm də su təminatı sahəsindəki korrupsiyanın aradan qalxmasına gətirib çıxaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri