Qustavo Klismandan iddialı açıqlama: “İstəyimiz reallaşsa, qış çempionu ola bilərik”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi"nin yarımmüdafiəçisi Qustavo Klisman Sport24.az saytına müsahibə verib.
- Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Araz-Naxçıvan"a qalib gəldiniz. 3:1 hesablı qələbəni necə şərh edərdin?
- Çətin meydan amil var idi. Buna baxmayaraq, çalışırdıq öz oyunumuzu nümayiş etdirək. Düşünürəm ki, yaxşı çıxış etdik, layiq olduğumuz 3 xalı qazandıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizim tərəfimizdə idi. 3 qol vurduq. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır.
- Belə görünür ki, çempionatdakı fasilə "Neftçi"yə mənfi təsir göstərməyib...
- Əksinə, bu, bizə çox kömək olur. Siz bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik.
- "Araz-Naxçıvan"ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Üfüqdə qış çempionluğu görünür?
- Hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik.
- Maraqlıdır, "Araz-Naxçıvan"ın qapısından keçirdiyiniz qolda zərbə endirirdinin, yoxsa asma idi?
- Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm.
- Bir dəfə ayın qolu layihəsində birinci seçilmisən. Necə düşünürsən, bu qolla yenidən qalib ola bilərsən?
- Sözün düzü, hazırda yalnız öz oyunlarımıza köklənmişəm. Digər qolların əksərini görməmişəm. Ona görə indidən qəti fikir bildirmək çətindir. Amma əlbəttə ki, yenidən qalib olsam, çox sevinərəm.
– "Qarabağ"la oyunda dubl etdikdən sonra karyeranın ən yaxşı matçını keçirdiyini demişdin. "Araz-Naxçıvan"la görüşdə də iki qol vuraraq bunu təkrarladın. Son oyunlarda qol vurmaq baxımından özünü daha rahat hiss edirsən?
- Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da "Neftçi"nin qalib gəlməsi üçün əlimdən gələni edəcəm.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 23 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















