Azərbaycanı Türkiyədə keçiriləcək Zəfər Kubokunda təmsil edəcək güləşçilər müəyyənləşib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycanı Türkiyənin Antalya şəhərində 17 yaşadək güləşçilər arasında keçiriləcək Zəfər Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib. SİA federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ənənəvi yarışda qızlardan ibarət komanda mübarizə aparacaq.
Turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) qüvvələrini sınayacaqlar.
Zəfər Kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.
Qeyd edək ki, sabah startı veriləcək yarış üç gün davam edəcək.
Baxış sayı:117
Bu xəbər 01 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















