Icma.az
close
up
RU
Azərbaycanın 2026 cı il üzrə əsas milli hədəfləri

Azərbaycanın 2026 cı il üzrə əsas milli hədəfləri

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Azərbaycanın qarşısında yeni hədəflər qoydu. Artıq beş ildir ki, dövlətimiz qələbənin meydana gətirdiyi reallıqlardan çıxış edərək inkişaf proqramları hazırlayır, hədəflər müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında mühüm baza funksiyasına malikdir. Prezident İlham Əliyevin “Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik” fikri qalib dövlətimizin hər bir dövlət qurumunu və vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Böyük Zəfərdən sonra düşünürdük ki, Azərbaycana qarşı təhdidlər, təxribatlar artıq geridə qalıb. Ancaq avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər şəhərində sakinlər qarşısında etdiyi çıxış təhlükələrin hələ də qaldığını deməyə əsas verir.

“Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Göründüyü kimi, ölkəmizin başçısı “dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə baş verəcək” deməklə, təhlükə risklərinə qarşı Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırır.

Sərhədlərin delimitasiya və demarkasiyası

2025-ci ildə olduğu kimi, gələn il də dövlətimizin beynəlxalq hüquqa, tarixi coğrafi xəritələrə uyğun olaraq Ermənistanla sərhəd xətlərinin delimitasiya və demarkasiyasını davam etdirəcək. Ermənistanla əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən olacaq. Gələn il Avropa İttifaqının Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv ediləcəyini də proqnozlaşdırmaq olar. Çünki bu missiya patrulluq müddətdə Azərbaycan tərəfindən hansısa ciddi sərhəd pozuntusu aşkar etməyib. ATƏT-in Misnk Qrupu kimi, Aİ-nin Ermənistandakı sərhəd müşahidə missiyasının da fəaliyyətinə ehtiyac qalmayıb. 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun ləğvi bu il əldə olunan ciddi uğurlardan biridir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxıb.

2025-ci ildə Vaşinqtonda Azərbaycan-Ermənistan arasında əldə edilmiş razılaşmanın, xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın əsas hissələrinin gələn il icra ediləcəyinə ümidlər böyükdür. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki de-fakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

Ermənistanın silahlanması sülhə təhlükədir

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan 2025-ci ildə hərbi xərclərini yeni rekord - 8,4 milyard manat səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərir”. Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, yalnız 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il postsovet məkanında ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin ən yüksək göstəricisi də məhz Ermənistanda oldu (4.2 %).

İdeoloji təhlükəsizliyin təmini

2025-ci ildə həm Ermənistanın, həm də onun arxasında duran qüvvələrin Azərbaycana qarşı ideoloji təxribatlarının, təhdidlərinin azalmasının şahidi oluruq. Bu, həmin qüvvələrin ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla artıq barışması kimi qəbul olunmalıdır. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının 2024-cü il dekabrın 21-də yaydığı hesabatda bildirilir ki, xüsusilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeydə alınıb. 2025-ci ildə isə bu hücumların səngiməsi müşahidə olunmaqdadır. 2026-cı ildə Azərbaycana qarşı diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümid və inam böyükdür. Çünki Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülh prosesində ciddi irəliləyişlər əldə olunub. Hər hansı diskriminasiya və ayrı-seçkilik sülh prosesinin təhdidi kimi qəbul ediləcəkdir.

Prezidentin xarici siyasət kursu və Ordu quruculuğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində şanlı ordumuzun torpaqlarımızın qanunsuz işğalına son qoyması regional və beynəlxalq əməkdaşlıq üçün çox əlverişli şərait yaradıb. Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır.

Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır. Ənənəvi dost dövlətlərlə əlaqələr daha da gücləndirilir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsi ilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir.

2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədi ilə dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayrılması bu sahənin də prioritet istiqamətlərdən olduğunu göstərir.

Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən beynəlxalq təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin yüksəlməsinə xidmət edir.

İranda hakimiyyətə gələn türk əsilli Məsud Pezeşkianın dövründə Tehran-Bakı münasibətlərində qeydə alınan yaxınlaşma, qarşılıqlı hörmət, anlayış 2025-ci ildə xarici siyasətimizdə əldə olunan ən ciddi uğurlardan biridir. Eyni dildə danışan, eyni dini və oxşar milli dəyərləri bölüşən iki siyasi liderin səmimi əməkdaşlığının sayəsində Cənubdan gözlənilən təxribat və təhlükələr, demək olar ki, aradan qalxdı. İran- Azərbaycan münasibətlərinin 2026-cı ildə daha da güclənəcəyini söyləmək . Həmçinin Azərbaycanın Türkiyə ilə qardaşlıq, Gürcüstanla strateji münasibətləri, Türk dünyası ilə əlaqələri 2026-cı ildə də genişlənəcəkdir. Rusiya ilə gələcək münasibətlərin inkişaf tempi daha çox Moskvanın atacağı addımlardan asılıdır. Azərbaycan hələ də Rusiya səmasında AZAL-a məxsus təyyarənin vurulmasına görə qarşı tərəfdən üzrxahlıq, günahkarların cəzalandırılmasını gözləyir… Təəssüf ki, Ukraynaya qarşı müharibə aparan Rusiyanın atacağı addımları proqnozlaşdırmaq çox çətindir.

Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif yerlərində müharibələrin, münaqişələrin və hərbi cinayətlərin davam etdiyi bir vaxtda, doğrudan da, yaxın gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətindir. Odur ki, suverenliyimizin gücləndirilməsi, Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi, iqtisadi inkişaf tempinin artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi 2026-cı il üçün milli hədəflərimizin əsas komponentləri olmalıdır.

Yazı “Jurnalist Təşəbbüsləri Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Avqust 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see290

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see209

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see179

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see171

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see154

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see139

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see131

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see128

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see125

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see124

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see123

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see122

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see121

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see121

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see120

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see120

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see120

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see117

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see116

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri