Icma.az
close
up
RU
2025ci ildə Azərbaycanın əsas HƏDƏFLƏRİ

2025ci ildə Azərbaycanın əsas HƏDƏFLƏRİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında mühüm baza funksiyasına malikdir. Prezident İlham Əliyevin “Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik” fikri qalib dövlətimizin hər bir dövlət qurumunu və vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin “2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” sərlövhəli məqaləsində bildirilib.

Məqalədə daha sonra deyilir:

Şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası

Dövlətimizin cəbhədə beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə əldə etdiklərininn qlobal diplomatik müstəvidə təsdiqinin davamı əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərindən olacaq.

Ümid edək ki, Polşanın rotasiya prinsipi üzrə sədrliyə başladığı Avropa İttifaqı müddəti 2025-ci ilin fevral ayında başa çatacaq Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv etmək təklifi ilə çıxış edəcək. Bu missiya patrulluq müddətdə Azərbaycan tərəfinin bir dəfə də olsun, hansısa ciddi sərhəd pozuntusu etməsini qeydə almayıb.

Şərqlə Qərb arasında birləşdirici həlqə rolunu oynayan Azərbaycan 2025-ci ildə də regional və qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırmaqda davam edəcək. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki de-fakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

ATƏT-in Minsk qrupunun buraxılması

Xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun ləğvi öndə dayanır. Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıq diktə edir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxıb. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Minsk qrupunun ləğvi ilə bağlı yanaşmasını “konstruktiv yanaşma” adlandırması və ötən ilin dekabrında “1994-cü ildən (ATƏT çərçivəsində - müəllif) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı” barədə açıqlaması da Minsk qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər.

Ermənistanın silahlanması sülhə təhlükədir

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan hərbi xərclərini yeni rekord - 8,4 milyard manat səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərir”. Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, yalnız 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il postsovet məkanında ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin ən yüksək göstəricisi də məhz Ermənistanda oldu (4.2 %).

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu mövzuda etdiyi xəbərdarlıq ciddi təhdidlərdən xəbər verir: “Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər”.

İdeoloji təhlükəsizliyin təmini

Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycana qarşı ideoloji təxribatlar artmağa başlayıb. Bu təxribatlar müxtəlif platformalar mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsi ilə həyata keçirilir. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının 2024-cü il dekabrın 21-də yaydığı hesabatda bildirilir ki, xüsusilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeydə alınıb.

Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində “Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür” mesajı dövlətimizin bu istiqamətdə də dəyişikliklər tələbini və gözləntisini ifadə edir.

Prezidentin prinsipial xarici siyasət kursu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində şanlı ordumuzun torpaqlarımızın qanunsuz işğalına son qoyması regional və beynəlxalq əməkdaşlıq üçün çox əlverişli və region dövlətlərinin mənafeyinə xidmət edən şərait yaradıb. Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektorun da bu sahəyə cəlb edilməsi planlaşdırılır.

Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır. Ənənəvi dost dövlətlərlə əlaqələr daha da gücləndirilir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsi ilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir.

2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədi ilə dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayrılması bu sahənin də prioritet istiqamətlərdən olduğunu göstərir.

Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən beynəlxalq təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin yüksəlməsinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri