Azərbaycanın ABŞdəki səfirliyində Atatürk anıldı
Azərbaycanın ABŞ-dəki səfirliyində Atatürkün anım günü ilə əlaqədar tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X”dəki hesabında məlumat verilib.
“Azərbaycanın ABŞ-dakı səfirliyi olaraq Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümündə onun xatirəsini qürurla yad edirik!”, - məlumatda deyilir.
Xatırladaq ki, Mustafa Kamal Atatürkün anım günü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də paylaşım edib.
Baxış sayı:26
Mənbə:https://publika.az