Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycanın ANSi və ANSin Azərbaycanı KONKRET

Azərbaycanın ANSi və ANSin Azərbaycanı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ANS telekanalı “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı qədər möhtəşəm hadisə olub…

Bu gün Azərbaycanda telekanalların vəziyyəti güllməli olduğu qədər də, ağlamalıdır. Çoxunun 15-20 minlik daimi tamaşaçı auditoriyası yoxdur, ən populyar verilişlərinə 30-40 min adam baxır, ya baxmır. Ağlamalı deyilmi?! Amma özləri özlərini “ən çox baxılan, ən çox sevilən kanal” adlandırırlar, milyonlarla tamaşaçıdan dəm vururlar. “Çal-çağır” verilişlərinə çıxan toy müğənniləri isə “10 milyonluq xalqa” müraciət edirlər. Gülməli deyilmi?!

Oxucular yəqin ki, xatırlayar, indi tarixə çevrilmiş Azərbaycanın ANS-nə 100 minlərlə adam baxırdı. “Qulp”, “Nəzər nöqtəsi”, “Zorxana” kimi populyar verilişlərin tamaşaçıları isə milyonlara çatırdır. Görəsən, “gülməli və ağlamalı” tele-kanallar ANS-in müsbət təcrübəsini niyə öyrənmirlər və tətbiq etmirlər?! Axı, öyrənmək heç vaxt gec deyil, həm də bu, onların xeyrinədir… Hazırkı qeydlərin məqsədi də, yaxın tariximizin ANS-inə baxmaq, onun müsbət təcrübəsini yada salmaq, araşdırmaqdır…

Düşünürəm ki, ANS-in əsas yadda qalan, bu gün ən çox öyrənilməli və tətbiq edilməli olan “qızıl” qaydası istedadlı insanların yaşından asılı olmayaraq, kanala dəvət edilməsi və onların təcrübəsindən, qabiliyyətindən səmərəli istifadə edilməsi idi. Bəli, ANS sanki istedadlı insanların məbədi idi. Bu insanlarla bərabər ANS də baxılırdı. qalxırdı. Hazırki tanınmış jurnalistlərin bir çoxu – Mirşahin Ağayev, Mübariz Əsgərov, İbrahim Məmmədov, Ləman Ələşrəfqızı, hətta hazırkı deputat Sahib Alıyev ANS-də populyarlaşmış və məcazi mənada, ANS-in “şinelin”dən çıxmış adamlardır. Bu adamların hərəsi hazırda mətbuatın bir sahəsinə rəhbərlik, ya da nəzarət edir.

ANS-in əsas “qızıl” qaydalarından biri də, kanalın bütövlükdə operativ, vicdanlı və təmənnasız işləməsi idi. Azərbaycanda bir hadisə baş verirdisə, bir problem olurdusa, ANS-in “İç xəbər”i dərhal həmin yerdə olurdu. ANS-in Azərbaycanı hər bir adamın evindən, olduğu kimi görünürdü. Xəbərlər, problemlər operativ olaraq xalqa çatdırılırdı və həlli nəzarətdə saxlanırdı. Odur ki, tele-kanala bütün dövlət məmurları baxırdı. Böyük və populyar şirkət olan ANS-də yaltaqlıq, yalançılıq və rüşvətxorluq kimi “zəmanə problemlər”i yox dərəcəsində idi. Burda nə ölkə, nə kanal rəhbərliyi yersiz təriflənirdi, yalnız real olanlar deyilərdi. Hər hansı yeni xəbər, nə qədər sensasiyalı və qalmaqallı olsa da, jurnalistikanın qaydalarına uyğun olaraq, bir neçə müstəqil mənbədə yoxlanılırdı və təsdiq olunduqdan sonra efirə verilirdi. Bir nəfər deyə bilməzdi ki, ANS-in, şirkətin işçilərinin bi təmənnası olur, ya kimdənsə nəsə umur.

Nəhayət ANS-in 3-cü “qızıl” qaydası. Bu qayda bütövlükdə ANS-in rəhbərliyindən gəlirdi. Vahid Mustafayev və Mirşahin Ağayev bir sifəti, bir siyasi mövqeyi olan insanlardır. Bəziləri kimi, hər küləyin istiqamətinə fırlanmır, siyasi mövqeyini ayaqlar altına atmırlar. 30 il bundan əvvəl, ANS-in ayaqda olduğu dövrdə də Heydər Əliev siyasətinə xidmət edirdi, indi bağlandığı vaxtda da Heydər Əliyev siyasətinə xidmət edir. Amma onu da kanalda yersiz tərifləmirdilər və yaltaqlıq etmirdilər. Pisdir, yaxşıdır, amma belədir. Xalq, tamaşaçı da belə mərd, dəyişməz mövqeni dəyərləndirir. Opponentlərim deyə bilər ki, Heydər Əliyev siyasəti hakimiyyətdədir. Bəli, amma ANS-in mərhum Elçibəylə də yaxşı münasibətləri olub. Elçibəy hakimiyyətdən gedəndən sonra kanalda onun haqqında bir kəlmə də artıq-əskik danışılmayıb, hər halda, mən eşitməmişəm.

Bəli, ANS telekanalı Azərbaycan tarixində “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı qədər möhtəşəm hadisə idi… Təbii ki, ANS-in öyrənilməli və tətbiq edilməli dərsləri, dəyərləri çoxdur. Mən yalnız 3 “qızıl” qaydasını dedim…

Qalib ARİF,

KONKRET

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see344

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see238

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see236

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see234

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see233

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see226

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see222

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see218

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see218

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see218

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see217

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see216

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see214

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see212

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see211

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri