Icma.az
close
up
RU
Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir

Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıqda qazandığı uğurlara işıq salır. Nəzərə alsaq ki,“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır, bu halda dövlət başçısı İlham Əliyevin qurumun Zirvə görüşündə iştirakına verilən önəmi şərtləndirən amillər bəlli olur.  Prezident İlham Əliyevin  milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin  sülh, təhlükəsizlik, yeni körpülərin qurulması üçün əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması da özündə mühüm məqamları ehtiva edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, mayın 16-da  Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi.  Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Üç gün davam edəcək tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur. Zirvə toplantısında müzakirəyə çıxarılan məsələlərin hər birinə ayrı-ayrılıqda diqət yetirdikdə Azərbaycanın böyük uğurlara imza atmasının, zəngin təcrübəyə malik olmasının şahidi olarıq. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır. Dünyada tətbiq olunan hər bir mütərəqqi yeniliyin, təcrübənin Azərbaycanda tətbiqi qarşıya qoyulan əsas hədəflərdəndir. İqtisadi müstəqilliyimizin daha da möhkəmləndirilməsi ölkəmizin regionda və dünya siyasətində rolunu daha da artırır. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq görərik ki, Azərbaycan yaratdığı yeni reallıqlarla yeni dünya nizamının formalaşdırılmasına davamlı töhfələr verir.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallaşdırdığı enerji layihələri regional əməkdaşlığın inkişafında, dünya birliyində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi, bu gün isə dövrün çağırışına uyğun olaraq  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına verdiyi töhfələri ilə diqqətdədir. Ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları daha sıx birləşdirir.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan çoxqütblü dünya nizamında regional və orta güc modelini təqdim edir. Tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Ölkəmiz qlobal ədalət prinsipinin müdafiəsində fəal mövqe nümayiş etdirən dövlətlərdən biri kimi nüfuz qazanıb. Azərbaycanın neokolonializmə qarşı mübarizədə və Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində tutduğu prinsipial mövqe, BMT platformasında bu istiqamətdə qaldırdığı təşəbbüslərlə yanaşı, müxtəlif bölgələrdəki ədalətsizliklər əleyhinə sərgilədiyi qətiyyətli yanaşma ölkəmizin beynəlxalq məsuliyyət daşıyan aktor olduğunu göstərir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri