Azərbaycanın Baş Konsulluğuna yeni bina təklif olundu
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna bir ay əvvəl fəaliyyətini dayandıran Rumıniya Baş Konsulluğunun binası təklif edilib.
"Yeni Sabah" xəbər verir ki, bunu Xarici nümayəndəliklərə xidmət göstərən "Inpredservis" şirkətinin baş direktoru Vladimir Zapevalov bildirib.
Rumıniya nümayəndəliyi Qoroxovaya küçəsi, 4 ünvanında yerləşirdi. pizza
"Biz artıq onlara keçmiş Rumıniya Konsulluğunun binasını təklif etmişik; dünən rəsmi məktub imzaladım", - Zapevalov bildirib.
Cavab müsbət olarsa, Qoroxovaya küçəsindəki bina təmir olunacaq və sonra Azərbaycan tərəfinə təhvil veriləcək.
Zapevalovun sözlərinə görə, Azərbaycan tərəfi əvvəllər Sankt-Peterburqda yeni bir yer üçün müraciət etmişdi və Sapernı küçəsindəki keçmiş Bolqarıstan Baş Konsulluğunun binası təklif olunmuşdu, lakin yer uyğun deyildi.
Azərbaycan Baş Konsulluğu hazırda 2-ci Sovetskaya küçəsində yerləşir.
İyunun 25-də Rusiya Sankt-Peterburqdakı Rumıniya Baş Konsulluğunu persona non qrata elan edib və Rumıniya tərəfinə konsulluğun fəaliyyətini dayandırmaq üçün 30 gün vaxt verdi. Bu, Rumıniya Xarici İşlər Nazirliyinin Rusiyanın Konstansadakı Baş Konsulluğu və Baş Konsulu ilə bağlı oxşar qərarlarına cavab olaraq baş tutub. Rumıniyalı diplomatlar bayraqlarını və lövhələrini götürərək iyulun 24-də Qoroxovaya küçəsindəki binanı tərk ediblər.
"İnpredservis" Dövlət Unitar Müəssisəsi Sankt-Peterburqda akkreditə olunmuş konsulluq idarələrinə və xarici nümayəndələrə xidmət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 Avqust 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















