Icma.az
close
up
RU
Azərbaycanın basketbol millisinin baş məşqçisi: Məni ən çox təəccübləndirən Gürcüstan və Finlandiya oldu

Azərbaycanın basketbol millisinin baş məşqçisi: Məni ən çox təəccübləndirən Gürcüstan və Finlandiya oldu

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Avropa çempionatının yarımfinalında Türkiyəyə azarkeşlik edəcəyəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının yarımfinalına vəsiqə qazanan komandaların şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis turnirin ötən gecə baş tutan ¼ final matçlarının kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Turnir ərzində məni ən çox təəccübləndirən komandalar Gürcüstan və Finlandiya oldu. Hər iki yığmanın heyətində güclü basketbolçular var. Gürcülər böyük istək nümayiş etdirdilər. İspaniya və Fransa kimi favoritləri məğlub etmələri bunun bariz nümunəsidir. Bu da göstərir ki, basketbolda motivasiya və inam həlledici amillərdəndir. Finlandiya isə bütün oyunlarda yüksək səviyyədə çıxış etdi, mübarizliyi ilə seçildi. Rəqiblərinə qarşı həmişə maksimum fokuslandılar və bunun nəticəsində yarımfinala yüksəldilər”.

T. Baxşıyev Almaniyanı turnirin əsas favoriti hesab etsə də, Finlandiyanın sürpriz edə biləcəyini vurğulayıb: “Əlbəttə, Almaniyaya qarşı oynamaq asan deyil. Amma Finlandiya Fransa və Serbiyaya qarşı göstərdiyi performansı təkrar edə bilsə, yaxşı nəticə qazana bilər. Bu komandadan çox şey gözləyirəm”.

Türkiyə - Yunanıstan görüşünə də toxunan baş məşqçi qardaş ölkənin uğuruna inandığını söyləyib: “Sözsüz ki, Türkiyəyə azarkeşlik edəcəyəm. Onların heyətində Alpərən Şəngün, Cedi Osman, Ercan Osmani kimi yüksək səviyyəli oyunçular var. Bu potensialla Yunanıstanı üstələyib finala adlaya biləcəklərinə inanıram”.

Qeyd edək ki, bu mərhələnin matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see135

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see123

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see122

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri