Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq uğuru: Ədalətin, həqiqətin və gücün birliyi

Azərbaycanın beynəlxalq uğuru: Ədalətin, həqiqətin və gücün birliyi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə Xankəndidə “Rəqəmsal keçidlər: 

Süni intellekt dövründə informasiya və media dayanıqlılığınıngücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun dünyada əks-sədası davam edir. Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarını cavablandırarkən söylədiyi fikirlər dünya mətbuatında çoxsaylı təhlillərə mövzu olub, hətta onun ABŞ ilə bağlı söylədiyi fikirlər bu ölkənin Prezidenti Donald Tramp tərəfindən sosial şəbəkədə təkrar paylaşılıb. 

Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığınıngücləndirilməsi mövzusuna həsr olunsa da, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasət, sülh danışıqları, regionda və dünyada baş verən siyasi proseslərdə ölkəmizin getdikcə artan rolu və təsir imkanlarını sərgiləmək üçün olduqca əlverişli platforma olub. 

Prezidentin ona ünvanlanan suallara hərtərəfli, dolğun və əsaslandırılmış cavabları aparıcı media orqanlarının təmsilçilərində Azərbaycanın mövqeyi barədə aydın təsəvvür yaradıb. Məhz bu səbəbdən Forumdan ötən müddət ərzində Prezident İlham Əliyevin çıxışı, suallara verdiyi cavablar ən müxtəlif rakurslardan təhlil edilir. 

Prezident İlham Əliyev təkcə 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində aparılan sülh danışıqlarının gedişi barədə yox, həm də ölkəmizdə icra olunan Böyük Qayıdış proqramı, “Yaşıl Keçid Proqramı”, Bakıda keçirilən COP29-da əldə edilən mühüm razılıq, Zəngəzur dəhlizi, qlobal siyasət, dünyada münaqişələrin həllində əsas götürülməli olan ədalət prinsipi kimi mövzular ətrafında bütün Forum iştirakçılarını maraqlandıran suallara cavab verməklə əslində həm də Azərbaycanın mövqeyini bir daha dünyanın diqqətinə çatdırmış oldu. 

Azərbaycanın işğal olunmuş ərazilərinin 30 ildən sonra azad edilməsi üçün başlayan Vətən müharibəsindən danışanda Prezident İlham Əliyevin söylədiyi fikirlər isə həm də ədalətin təntənəsini xalqına yaşatmış müdrik dövlət başçısının qlobal güclərə verdiyi mesaj idi: 

“Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu”.

Bu fikirlər dünyanın aparıcı media orqanlarında yayımlanmaqla həm də qlobal siyasəti yönləndirən qüvvələrin Azərbaycanın mövqeyi ilə elə ölkənin birinci şəxsinin vasitəsilə tanışlığına imkan yaratdı. Son zamanlar baş verən proseslər Azərbaycanı təkcə bölgə üçün yox, həm də bütövlükdə dünya üçün önəmli aktora çevirib. 

Artıq dünya siyasətinin nəbzi həm də Azərbaycanda döyünür. Rəsmi Bakının vasitəçilik səyləri bir sıra mübahisəli məsələlərin həllində müsbət nəticə verir, dünya siyasətində “Bakı platforması” adlı siyasi termin formalaşmaq üzrədir. Azərbaycanın paytaxtında dəfələrlə ən yüksək səviyyədə keçirilən görüşlər, vasitəçilik səylərinin müsbət nəticəsi, ölkə rəhbərinin siyasi iradəsi, bacarığı və qətiyyəti güc balansının Azərbaycanın lehinə dəyişməsində müstəsna rol oynayır. 

Bu sırada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlət başçısı tərəfindən konturları açıq şəkildə müəyyənləşdirilmiş, ölkəmizin, dövlətimizin və xalqımızın milli maraqlarının müdafiəsinə yönəlmiş siyasətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət koordinasiyalı işin müsbət nəticəsi barədə fikir yürütməyə əsas verir.

Almaniyanın “BerlinerZeitung” qəzetinə müsahibəsində Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizin mövqeyini açıq, anlaşılan, konkret şəkildə dünyaya bir daha çatdırmış oldu. Nəzərə alsaq ki, informasiya bu gün təkcə dünya ictimaiyyəti üçün yox, həm də dünya siyasəti üçün ən önəmli faktorlardan biridir, o zaman bu sahədə kiçik boşluğun yarada biləcəyi fəsadı təsəvvür etmək çətin deyil. Bu baxımdan, Azərbaycan son zamanlar həm də uğurlu informasiya siyasəti həyata keçirməklə bütün mümkün anlaşılmazlıqların, əks-hücumların qarşısını almağı bacarıb. 

Vətən müharibəsi günlərində cəbhədə gedən döyüş əməliyyatlarını diplomatiya meydanındakı “döyüş” dəstəkləməsəydi, Azərbaycana qarşı əks-hücumların daha böyük, daha təsirli nəticəsi qaçılmaz olardı. Məhz bu amili nəzərə alan Azərbaycan hərbi addımlarla paralel şəkildə planlı informasiya siyasəti quraraq, ön cəbhədəki qələbənin arxa - diplomatiya meydanındakı qələbə ilə tam dəstəklənməsinə nail oldu. 

Bu siyasətin uğuru onu müharibədən ötən dövr ərzində yenidən aktual etdi. Nəticədə nə istədiyini bilən, öz istəyinə çatmaq üçün məqsədyönlü siyasət yürüdən Azərbaycan dünyanın siyasi arenasında həm də sülhü, əmin-amanlığı, iqtisadi inkişafı dəstəkləyən ölkə olduğuna dair fikir formalaşdıra bilib.

Təbii ki, bu fikrin formalaşdırılması asan olmayıb, illərlə zaman aparıb. Dünyanın həqiqətlə deyil, güclə hesablaşdığı bir zamanda Azərbaycan ədalətin, həqiqətin və gücün birləşməsinə dair unikal nümunə yarada bilib. 

Bu, bizim diplomatiyanın uğurudur.

Elnarə Kərimova
"Cebheinfo.az" 

Açar sözlər: III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyev Hikmət Hacıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see298

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see179

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see135

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri