Icma.az
close
up
RU
Azərbaycanın bölgədə yeni “qırmızı xətlər”i

Azərbaycanın bölgədə yeni “qırmızı xətlər”i

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İsrailin ingilisdilli “Yerusəlim Post” qəzeti rəsmi Bakının inadkar və müstəqil xarici siyasətindən yazıb

“Azərbaycan, Rusiya, İran: strateji sərhədlər təzədən çəkilir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır” başlıqlı məqalənin müəllifi şərqşünas professor, tanınmış analitik Mordexay Keydardır. Müəllif məqalədə son illər Azərbaycanın Rusiya və İran kimi regional güclərlə münasibətlərində ciddi geosiyasi dəyişikliklərdən bəhs edir: “Bir vaxtlar Azərbaycan böyük və nüfuzlu qonşularının əhatəsində ehtiyatlı və balanslı siyasət yürüdən oyunçu kimi qəbul edilirdi. Amma indi bu ölkə çox inadkar və müstəqil xarici siyasətə keçib. Bu istiqamətdə addımları ilə Azərbaycan Cənubi Qafqazda çoxdan formalaşmış siyasi axara qarşı çıxmaqla yanaşı, strateji mövqeyini gücləndirən fəal regional oyunçu statusunu möhkəmləndirir. Rəsmi Bakının yeni siyasi xəttinin təməlində həm Rusiya, həm də İranla münasibətlərində uzun illər davam edən gərginliklər, bəzi hallarda qonşularının onu məyus etməsi dayanır”.

M.Keydarın qənaətinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsində qalib gələndən sonra Azərbaycan hərbi cəhətdən daha güclü, diplomatik baxımdan özünə daha inamlı qüdrətli bir dövlətə çevrilib. Rusiyanın Qarabağ münaqişəsi başa çatandan sonra sabitləşmə prosesinə hərtərəfli dəstək vermək əvəzinə, erməni maraqlarının hamisi rolunda çıxış etdiyini yazan müəllif buna görə Bakının dəfələrlə Moskvanı Ermənistanın təxribatlarına göz yummaqda, sabitliyə qahmar çıxmaq adı altında Azərbaycanın suverenliyinə müdaxiləyə cəhd göstərməkdə qınadığını vurğulayır: “Digər yandan İran getdikcə həm siyasi, həm də hərbi sahədə Ermənistanla daha yaxın əlaqələr qururdu. Tehranın “regional balans” ritorikasının altında əslində Azərbaycanın Qərblə əlaqələrini inkişaf etdirməsindən ciddi narahatlıq keçirməsi dayanırdı. İranın Azərbaycan sərhədində təşkil etdiyi, təxribat xarakterli bəyanatlarla müşayiət olunan hərbi təlimlər ikitərəfli münasibətlərin kəskin surətdə pisləşməsinə gətirib çıxarmışdı. Azərbaycan bütün bunlara iki əsas yolla – strateji itaətsizlik və diplomatik şaxələndirmə ilə cavab verdi. Bakı Türkiyə və İsraillə hərbi əməkdaşlığı gücləndirir, irimiqyaslı birgə hərbi təlimlər keçirir, Türk Dövlətləri Təşkilatı kimi regional platformalara daha sıx inteqrasiya olunur. Mahiyyətcə, Bakı yeni “qırmızı xətlər” çəkir və bunu təkcə öz təhlükəsizliyi naminə deyil, həm də bölgədə güc sahibi olduğunu anlatmaq məqsədilə edir”.

Məqalədə bildirilir ki, Azərbaycanın özünün regional rolunu yenidən dəyərləndirməsi həm də onun enerji və logistika mərkəzi kimi əhəmiyyətinin gündən-günə artmasından irəli gəlir: “Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan təbii qazın əsas tədarükçüsüdür. Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışdığı bir dövrdə, bu, olduqca mühüm layihədir. Azərbaycanın enerji ixracını genişləndirmək vədinə sadiqliyi onu Avropa İttifaqının üzvü olan dövlətlərlə, həmçinin bir sıra digər ölkələrlə strateji müttəfiqə çevirib. Azərbaycan Rusiya və İrandan yan keçən yeni nəqliyyat marşrutlarının, xüsusilə Zəngəzur dəhlizinin, Şərq–Qərb, Şimal–Cənub ticarət dəhlizlərinin inkişaf etdirilməsi prosesinə də liderlik edir. Bu layihələr Avrasiyada ticarət dinamikasını dəyişir və türk dövlətləri, Mərkəzi Asiya ölkələri arasında Azərbaycanın “yumşaq güc”ünü artırır.

Mədəniyyət sahəsindəki diplomatiyası, beynəlxalq fəallığı, qlobal tədbirlərə ev sahibliyi etməsi, dinlərarası dialoqa dəstək verməsi göstərir ki, Bakının niyyəti bir-birinə rəqib dövlətlər arasında bufer olmaq deyil, onun daha ambisiyalı, daha böyük niyyəti var: Şərqlə Qərb arasında körpü salmaq”.

Müəllif daha sonra vurğulayır ki, iri dövlətlər arasındakı rəqabətin girovuna çevrilmiş kiçik dövlətlərdən fərqli olaraq Azərbaycan fəal şəkildə öz strateji əhatəsini formalaşdırmaqla məşğuldur: “Bu gün Azərbaycan xarici siyasətini kor-koranə sədaqət üzərində deyil, müstəqil qərarlar, çoxvektorlu diplomatiya və düşünülmüş müttəfiqlik əsasında qurur. Şimal və Cənub qonşuları ilə münasibətlərdəki sərinləşmənin artacağı sarıdan bəzi narahatlıqları olsa da, amma belə görünür ki, Azərbaycan bu riskləri səbir və əzmkarlıqla, beynəlxalq tərəfdaşlıqları vasitəsilə idarə etməyə çalışır. Türkiyə, İsrail, Avropa İttifaqı ilə sıx əlaqələri və ABŞ-la əməkdaşlığının irəliləməsi Azərbaycandan ötrü kənar təzyiqlərə qarşı bir növ sipər rolunu oynayır”.

Məqalədə qeyd olunur ki, Azərbaycan qonşularını təcrid etmək və ya özünə qarşı çevirmək niyyəti güdmür, yalnız öz suverenliyini və regional mövqeyini qoruyur: “Məcburetmə cəhdlərinə qətiyyətlə sinə gərən Bakı beynəlxalq ictimaiyyətə belə bir siqnal göndərir ki, fundamental maraqları təhdid altına düşəndə kiçik və orta güclər lazımi qədər dirəniş göstərə bilərlər.

Azərbaycanın inkişaf etməkdə olan xarici siyasəti ənənəvi regional asılılıq modelindən uzaqlaşmaya bariz nümunədir. Artıq passiv oyunçu və ya enerji daşıyıcıları üçün tranzit zonası kimi tanınması Azərbaycanı qane etmir. Rəsmi Bakı geosiyasi mövqeyindən, iqtisadi resurslarından və diplomatik təsir imkanlarından yararlanmaqla Avrasiyanın strateji mərkəzinə çevrilmək istəyir. Bununla da Azərbaycan Cənubi Qafqazda geosiyasi ssenarisinin yenidən yazılmasına – daha çoxqütblü, suverenliyə köklənmiş və xarici təzyiqlərə davamlı bir ssenarinin ortaya çıxmasına yardım edir.

Bütün bu dəyişikliklər regionda davamlı sülhə, tarazlığa gətirib çıxaracaqmı? Bu, tək Azərbaycanın dayanıqlı siyasətinə bağlı deyil, həm də qalan iştirakçıların yeni reallığı nə dərəcədə qəbul etməyə hazır olmalarından asılı məsələdir”.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri