Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycanın cari hesab balansında sürətli azalma Beynəlxalq qurumlar xəbərdarlıq edir

Azərbaycanın cari hesab balansında sürətli azalma Beynəlxalq qurumlar xəbərdarlıq edir

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı əvvəlcə 2025-ci il üçün cari hesabın profisitini 3,7 milyard dollar səviyyəsində proqnozlaşdırmışdı. Bu hesablamalar neftin bir barrelinin 70 dollar olması ssenarisi üzərində qurulmuşdu. 2024-cü ildə profisit 4,7 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,8 dəfə azdır.

“AzPolitika” “Haqqin.az”a istinadla bildirir ki, bununla da cari hesab üzrə azalma tendensiyası artıq ikinci ildir davam edir.

Mütəxəssislər bildiriblər ki, əsas səbəb ticarət balansının daralmasıdır. İxrac gəlirləri hələ də əsasən neft və qaz satışından formalaşır. Eyni zamanda, idxal daha yüksək templə artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 10 ayında ölkənin ümumi ixracı 21,64 milyard dollar olub. Bunun 18,65 milyard dolları neft-qaz sektorunun payına düşüb. İdxal isə 19,23 milyard dollara çatıb ki, bu da ticarət nisbətini zəiflədən əsas amillərdəndir.

Qeyd olunub ki, cari ildə Azərbaycan ötən illə müqayisədə 190 min ton artıq neft ixrac etsə də, dünya bazarlarında qiymətlərin azalması səbəbindən gəlir kəskin düşüb. Belə ki, 20,76 milyon ton neftdən əldə edilən gəlir cəmi 10,85 milyard dollar təşkil edib. Halbuki 2024-cü ildə 20,57 milyon ton neftin satışı büdcəyə 12,8 milyard dollar qazandırmışdı. Beynəlxalq maliyyə institutlarının xəbərdarlıqlarına əsasən, neft və qazın orta qiymətlərində azalma 2026-cı ildə də ixrac gəlirlərinə təzyiq göstərməkdə davam edəcək.

Analitiklər qeyd edirlər ki, cari hesab balansına təsir edən amillər sırasında gömrük tarifləri, fiskal siyasət, büdcə xərcləri və daxili tələbin strukturu xüsusi rol oynayır. Bundan əlavə, xarici investisiyalardan daxil olan xalis gəlirlər və pul köçürmələri də mühüm göstəricilərdir.

Pul köçürmələri niyə azalır?

ING analitikləri 2025-ci ildə Azərbaycana göndərilən pul köçürmələrinin ciddi şəkildə azaldığını bildiriblər. Onlar bunu Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi və Ukraynadakı müharibə fonunda Rusiyada gəlirlərin aşağı düşməsi ilə izah ediblər. Çünki köçürmələrin əsas hissəsi ənənəvi olaraq Rusiyadan gəlirdi. Nəticədə hər iki istiqamətdə pul axını ciddi şəkildə zəifləyib.

Ölkə iqtisadiyyatında daxili investisiyaların payı artdığı üçün birbaşa xarici investisiyaların xüsusi çəkisi də azalır. Hökumətin proqnozlarına əsasən, 2026–2029-cu illərdə xarici investisiyaların həcmi illik 6–6,6 milyard manat arasında dəyişəcək. Ümumi kapital qoyuluşu isə 25–28 milyard manat olacağı gözlənilir. Bu investisiyaların gəlirliliyi ilə bağlı rəsmi proqnoz isə açıqlanmamış qalır.

Rəsmi qurumlar həmçinin bildiriblər ki, yaxın dörd il ərzində manatın məzənnəsinin stabil saxlanılması planlaşdırılır. Bu, valyuta məzənnəsinin dəyişkənliyinin idxal və ixraca təsirini minimuma endirəcək. ÜDM-in artım templərinin isə orta səviyyədə qalacağı qeyd olunur.

“Profisit azalacaq və risklər artır”

ING Group-un qiymətləndirməsinə görə, Azərbaycanda hasilatın azalması və neftin qlobal qiymətlərinin ucuzlaşması ticarət balansını tədricən “daraldır”. Bu da cari hesabın profisitdən defisitə keçməsi ehtimalını artırır. Analitiklər hesab edirlər ki, mövcud tendensiya fonunda profisitin azalması qaçılmazdır. Yeganə yaxşılaşdırıcı faktor neft və qazın yüksək qiymətləri ola bilər, lakin ekspertlər yalnız qiymət artımına bel bağlamağın riskli olduğunu vurğulayırlar.

Beynəlxalq maliyyə təşkilatlarının proqnozları da eyni xətti təkrarlayır. Fitch Ratings 2025-ci ildə cari hesab profisitini 4 milyard dollar (ÜDM-in 5,3 faizi) səviyyəsində qiymətləndirir və 2026-cı ildə bunun 4,9 faizə düşəcəyini gözləyir. Dünya Bankı 2026-cı il üçün 5,4 faiz, 2027-ci il üçün 3,8 faiz, 2028-ci ildə 3,6 faiz və 2029-cu ildə 3,4 faiz proqnozlaşdırıb.

BVF isə 2026-cı ildə profisitin 3,4 milyard dollar (4,1 faiz) olacağını açıqlayıb. Azərbaycan hökuməti isə göstəricini 3–5 faiz intervalında saxlamağı planlaşdırır.

Xatırladaq ki, cari hesab profisitinin tarixi maksimumu 2022-ci ilin üçüncü rübündə – 7,38 milyard dollar səviyyəsində qeydə alınmışdı. Bu, Ukraynadakı müharibə və Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda enerji daşıyıcılarının qiymətinin kəskin yüksəlməsi ilə bağlı idi. Antirekord isə 2020-ci ilin payızında qeydə alınmış 806 milyon dollarlıq rüblük defisit olmuşdu.

Ekspertlər bildiriblər ki, qlobal iqtisadi vəziyyətdən asılı olaraq proqnozlara yenidən baxıla bilər. Lakin beynəlxalq qurumların profisitin azalacağı ilə bağlı yekdil mövqeyi və ixracın şaxələndirilməməsi fonunda defisit riskinə diqqət çəkməsi Azərbaycan hökumətini və Mərkəzi Bankını daha proaktiv siyasətə sövq etməlidir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri