Icma.az
close
up
RU
Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə 4 yoxlama matçı keçirib

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə 4 yoxlama matçı keçirib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə 4 yoxlama matçı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

O, Türkiyə toplanışını dəyərləndirib:

"Türkiyədə təlim-məşq toplanışında olduq. Alanyanın çimərlik futbolu üzrə komandası ilə 4 yoxlama matçı keçirdik. Bunların 3-də qələbə qazandıq 1-də isə məğlub olduq. Toplanış yaxşı keçdi, şükür ki, zədəli futbolçu yoxdur".

Mütəxəssis Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinin favoritlərindən olduğunu söyləyib:

"İlk oyunumuz sabah Belçikaya qarşı olacaq. İndi İtaliyadayıq, matça hazırlaşırıq. Rəqibləri təhlil etmişik. Təbii ki, kağız üzərində favorit sayılırıq. Amma meydana çıxıb oynamaq lazımdır. Oynamasan, heç nə kömək edə bilməz".

Qeyd edək ki, milli İtaliyanın Viareccio şəhərində sentyabrın 7-də startı verilən və 15-nə qədər davam edəcək Avropa çempionatının final mərhələsində ilk matçına sabah çıxacaq. B Liqasının A qrupunda yer alan komanda Bakı vaxtı ilə saat 16:00-da Belçika ilə üz-üzə gələcək.

B Liqası hərəsində 3 komanda olmaqla iki qrupda təşkil ediləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri