Azərbaycanın çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.
"Report" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.
Olimpiya sistemi ilə keçirilən turnirdə milli uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 8 və 9-da təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan təmsilçisi burada daha bir neçə turnirdə iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Fevral 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















