Icma.az
close
up
RU
Azərbaycanın Çinlə ticarət dövriyyəsini artıran amillər: İqtisadiyyatımız üçün yeni imkanlar açılır

Azərbaycanın Çinlə ticarət dövriyyəsini artıran amillər: İqtisadiyyatımız üçün yeni imkanlar açılır

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci il ərzində Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 30.2 faiz artaraq 4.874 milyard dolları üstələyib. Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9.86 faiz təşkil edib.

Bu artımı şərtləndirən amillər nələrdir və ölkə iqtisadiyyatına hansı perspektivlər vəd edir? Həmçinin gələcəkdə Çin-Azərbaycan arasındakı layihələri və Azərbaycanın coğrafi potensialını də nəzərə alsaq, bu inkişaflarda hansı artımlar gözlənilir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Zaur Şükürov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin istər regional, istərsə də qlobal miqyasda nüfuzunun davamlı olaraq yüksəlməsi müxtəlif dövlətlərlə siyasi-diplomatik və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir:

"Qalib, regionda yeni reallıqlar yaratmış ölkə olaraq Azərbaycana beynəlxalq aləmdə inam və etimadın artması ilə yanaşı, mövcud dövlətlərarası münasibətlərin genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün münbit şərait yaranıb. İkitərəfli əlaqələrimizdə Şərq istiqaməti də daim diqqət mərkəzində saxlanılır və qlobal Cənubun lider dövləti olan, təxminən 19 trilyon ABŞ dollarından çox ÜDM-lə dünyada ABŞ-dən sonra ikinci yerdə qərarlaşan və növbəti onilliklərdə hətta birinci yerə yüksəlməsi ehtimal edilən Çin Xalq Respublikası ilə əməkdaşlığın dərinləşdirilməsi prioritet hədəflərdəndir".

"Prezident İlham Əliyevin Çin Xalq Respublikasına reallaşan səfərləri, xüsusilə də 2025-ci ilin aprel ayında bu ölkəyə dövlət səfəri çərçivəsində imzalanmış sənədlər, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni və daha yüksək mərhələyə daşıyır. Qeyd olunan səfərlər zamanı əldə olunan razılaşmalar sadəcə diplomatik bir çərçivə deyil, həm də iqtisadiyyatın əksər sahələrinə birbaşa təsir göstərən, ticarət dövriyyəsinin sürətli artımına yol açan strateji yol xəritəsi hesab edilə bilər" - deyə, deputat vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ilin nəticələrinə görə, Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin 2024-cü ilə nisbətdə 30.2 faiz artaraq 4.874 milyard dolları üstələməsi, burada Çinin payının 10 faizədək yüksəlməsi yüksək səviyyəli siyasi iradənin və əldə olunmuş razılaşmaların praktiki təzahürüdür:

"Bu sıçrayışlı artıma imkan verən əsas səbəblərdən biri Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində təqdim etdiyi logistik üstünlüklərin Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin Pekində keçirdiyi görüşlər zamanı nəqliyyat-tranzit sahəsində əməkdaşlığın dərinləşdirilməsi, yüklərin daşınma müddətinin qısaldılması və infrastrukturun rəqəmsallaşdırılması ilə bağlı razılaşmalar ticarət zəncirindəki maneələrin aradan qaldırılmasına şərait yaradır. Çinli ixracatçılar üçün Azərbaycan artıq sadəcə bir tranzit ölkəsi deyil, həm də investisiya qoyuluşu və məhsul satışı üçün əlverişli, stabil, etibarlı və strateji bir bazar hesab olunur. Eyni zamanda, ölkə iqtisadiyyatının diversifikasiyası çərçivəsində Çindən idxal edilən yüksək texnologiyalı avadanlıqların, sənaye maşınlarının və xüsusilə "yaşıl enerji" komponentlərinin həcminin artması dövriyyənin strukturunu zənginləşdirib".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı üçün bu əməkdaşlığın vəd etdiyi üstünlüklər çoxşaxəlidir. Birincisi, Çin kimi nəhəng bazarın qapılarının yerli məhsullar üçün açılması qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin inkişafına güclü təkan verir. Çin şirkətlərinin Azərbaycandakı sənaye parklarına və azad iqtisadi zonalara cəlb olunması ölkəyə innovativ texnologiyaların gətirilməsinə, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Həmçinin, Azərbaycanın qlobal tədarük zəncirindəki rolunun möhkəmlənməsi davamlı olaraq dövlət büdcəsinə tranzit rüsumlarından daxil olan vəsaitlərin artmasına və xarici valyuta ehtiyatlarının diversifikasiyasına şərait yaradır. Gələcək perspektivlərə nəzər saldıqda, Azərbaycanın coğrafi potensialı, regionda yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqlar, uzaqgörən enerji və nəqliyyat siyasəti daha böyük artımların reallaşacağını proqnozlaşdırmağa əsas verir. Xüsusilə, bərpa olunan enerji sahəsində Çinin nəhəng texnoloji imkanları ilə Azərbaycanın külək və Günəş enerjisi potensialının birləşdirilməsinin yaxın illərdə iri həcmli investisiya layihələrinin icrasına şərait yaratması ehtimalı yüksəkdir. Həmçinin, rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsindəki yeni əməkdaşlıq formatları ənənəvi ticarət metodlarını üstələyərək dövriyyəni daha da sürətləndirəcək. Hətta hazırkı cari artım tempi və strateji tərəfdaşlıq münasibətləri fonunda növbəti illərdə Çin ilə ticarət dövriyyəsinin Azərbaycanın xarici ticarətindəki payının 15 faizə qədər yüksəlməsi, ümumi həcmin 7-8 milyard dollar diapazonuna çatması tamamilə real görünür. Bu isə Azərbaycanın Avrasiya məkanında rolunun daha da artmasına, mühüm iqtisadi və logistik qovşaq olaraq mövqeyinin daha da güclənməsinə imkan verəcək".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri