Icma.az
close
up
RU
Azərbaycanın COP29 baxışı: ölkələr arasında fikir ayrılıqlarını yumaq

Azərbaycanın COP29 baxışı: ölkələr arasında fikir ayrılıqlarını yumaq

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan COP29-da qarşısına yalnız bir məqsəd qoyub: ölkələr arasında mövcud olan fikir ayrılıqları "yuyulub təmizlənməlidir".

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”da dərc olunan məqaləsində qeyd edilir.

H.Hacıyev məqalədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar ortaya atılan "yaşıl yuyulma" ittihamlarına toxunur və bu ittihamları rədd edərək ölkəmizin neft və qaz istehsalçısı olaraq keçmişini gizlətmək əvəzinə, bunu açıq şəkildə göstərdiyini vurğulayır.

Məqalə müəllifi bildirir ki, Azərbaycanın neft və qazla əlaqəli keçmişi və bu sahədəki uğurları danılmazdır.

Yazıda XIX əsrdə Bakıda dünyada ilk kommersiya quyusunun qazılması, Azərbaycanın uzun müddət neft və qaz istehsalına əsaslanan bir iqtisadiyyata malik olduğu vurğulanır, bütün bunların ölkənin sənayeləşməsi və iqtisadi inkişafının təməlini qoyduğuna diqqət çəkilir.

Bu isə Azərbaycanın iqlim dəyişikliyi mövzusunda özünü müdafiə edərkən, enerji istehsalındakı rolu ilə bağlı heç bir kompleksi olmadığını nümayiş etdirir.

Bildirilir ki, bu, Azərbaycanın iqtisadi artımını və sosial inkişafını daha da gücləndirən mühüm bir amildir: "Qlobal tullantıların 0,01%-ni təşkil edən Azərbaycan sənayedəki rolundan çəkinmir. Neft və qaz gəlirləri səhiyyə, infrastruktur və təhsilə investisiyaları maliyyələşdirib və Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra adambaşına düşən ÜDM-in 10 dəfə artmasına səbəb olub".

Məqalədə göstərilir ki, Azərbaycanın Avropaya enerji ixracı, xüsusən də qaz tədarükü Avropanın kömürə olan tələbatının artdığı bir dövrdə əhəmiyyətli bir rol oynayıb: "Azərbaycan təbii qaz təminatı ilə Avropanın daha çirklənmiş və ekoloji cəhətdən zərərli olan kömürə qayıtmasının qarşısını alıb. Bu isə Azərbaycanın enerji təminatı sahəsindəki mühüm rolunu və regional təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirir".

Qeyd olunur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi fayda təmin etmək deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyini də dəstəkləmək məqsədini güdür.

Məqalədə bəzi tənqidçilərin Azərbaycanı və digər fosil yanacaq istehsalçılarını COP-u keçirməkdən məhrum etmə ideyasına qarşı irəli sürdüyü arqumentlərə qarşı çıxılır:

"Əgər istehsalçılar COP-u keçirməkdən məhrum edilməlidirlərsə, o zaman fosil yanacaqları idxal edən və yandıran istehlakçı ölkələr də bu məsuliyyətdən azad olmamalıdır. Lakin dünyada heç bir ölkə, nə istehsalçı, nə də istehlakçı olaraq bu kriteriyaya tam uyğun gəlmir. Azərbaycanın qazın qlobal tələbatı və onu ödəyən bazarlar üzərində çox az nəzarəti var. Lakin təklif edə biləcəyi alternativ var. Xəzər dənizindəki geniş külək enerjisi ehtiyatları daxili tələbatı çox üstələyir. Bu layihə, Azərbaycanın enerji təchizatını yalnız öz sərhədləri ilə məhdudlaşdırmamaqla yanaşı, eyni zamanda Avropanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu cür genişmiqyaslı layihələr yalnız bir ölkənin iştirakını tələb etmir, həm istehsalçılar, həm də istehlakçılar arasında əməkdaşlıq və öhdəliyi ortaya qoyur".

Məqalədə qeyd edilir ki, bəzi dairələr COP-u təşkil edən ölkələrə qarşı tənqidlər səsləndirməkdə daha rahatdırlar, amma bu yanaşma, heç bir real həll və ya konkret fəaliyyət təqdim etmir:

"Azərbaycan, bu sammitin ev sahibi olmasını əvvəlcədən gözləməsə də, tədbirin keçirilməsi ölkənin ekoloji məsuliyyətini ciddi şəkildə qəbul etməsi və gələcəyin fərqli bir enerji modelinə keçid istəyinin göstəricisidir".

Yazıda Azərbaycanın geosiyasi səbəblərlə, uzun müddət COP-u keçirməkdən məhrum olduğu da bildirilir:

"Ermənistanın Azərbaycan ərazisinin təxminən beşdə birini işğal etməsi regionda ciddi gərginlik yaratmış və Azərbaycanın beynəlxalq səviyyədə bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qarşısını almışdı.

Azərbaycanın 2020-ci ildə Ermənistanın işğal etdiyi əraziləri geri alması təkcə hərbi deyil, həm də diplomatik baxımdan önəmli bir dönüş nöqtəsi oldu. Ərazi bütövlüyü bərpa edildikdən sonra beynəlxalq səviyyədə daha çox dəstək qazandıq və yeni diplomatik imkanlar yarandı.

Bununla yanaşı, tarixi sülh danışıqları çərçivəsində, Ermənistan Azərbaycanın COP-a ev sahibliyi təklifini, rəsmi Bakı isə öz növbəsində onun Şərqi Avropa Qrupunun COP Bürosuna üzv seçilməsini dəstəklədi.

Bu xüsusda bəzi tənqidçilərin Azərbaycanın ev sahibliyi etməsini "sülh yuyulması" (peace-washing) kimi qiymətləndirməsi ölkəmizin sülh sazişi istiqamətində irəliləyişlərinə mənfi yanaşmanın və şübhələrin olduğuna işarədir.

Azərbaycanın bu tədbiri keçirmək üçün seçilməsi, əslində, iki ölkə arasında gedən sülh danışıqlarının nəticəsidir. Bu, Azərbaycanın regional sülhə və beynəlxalq əməkdaşlığa verdiyi önəmi təsdiqləyir və bu cür tənqidlərin sadəcə simvolik olduğunu göstərir".

"Azərbaycan inkişaf etmiş ölkələrə çağırış edərək, COP29-da qlobal emissiyaların azaldılması üzrə verdikləri vədləri həyata keçirmək üçün yeni bir iqlim fondu qurmağı təklif edir. Bununla yanaşı, iqlim dəyişikliyinin ön cəbhəsində duran inkişaf etməkdə olan ölkələri qorumağın vacibliyinə diqqət çəkir.

Azərbaycanın bu yanaşmaya verdiyi dəstək, həm ədalət, həm də dayanıqlı inkişaf prinsipinə sadiq qalma məqsədini güdür. Bu, "ümumi amma fərqli məsuliyyətlər" prinsipi ilə tam uyğundur, yəni bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə iştirak etməli, amma inkişaf səviyyələri nəzərə alınaraq fərqli öhdəliklər götürməlidirlər.

Bu, kompleks və çətin bir işdir. Bəziləri üçün isə sadə və ucuz tənqidlərə sığınmaq daha asandır", - H.Hacıyev fikrini yekunlaşdırıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2024 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri