Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Azərbaycanın COP29 təşəbbüsləri iqlim savaşına yeni yön verir

Azərbaycanın COP29 təşəbbüsləri iqlim savaşına yeni yön verir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə dünyanın  nəbzi Bakıda döyünür. 196 ölkədən təşrif buyuran qonaqlar planetimizin taleyini müzakirə etmək üçün Bakı Olimpiya Stadionuna toplaşıblar. XQ-nin əməkdaşları bu mötəbər tədbirdə iştirak edən əcnəbilərin, eləcə də turistlərin ölkəmiz və COP29 konfransı barədə fikirlərini öyrəniblər. 

Hindistanlı Neha Takur bir çox Avropa ölkələrinə səfər etdiklərini, Bakının isə tamamilə fərqli şəhər olduğunu vurğuladı:

– COP29 mühüm tədbirdir. Belə əhəmiyyətli tədbirləri, şübhəsiz, hər ölkədə keçirmirlər. Ölkənizlə bağlı məlumatları araşdırdıq və öyrəndik ki, Azərbaycan bir sıra nüfuzlu tədbirlərə evsahibliyi edib. Əminik ki, bu mötəbər tədbir də yüksək səviyyədə başa çatacaq. Bakıya növbəti dəfə turist kimi gəlməyi planlaşdırırıq. 

Anası Neha Takur ilə qonaq gəlmiş Uşliya paytaxt Bakıya vurulduğunu dedi:

– 14 yaşım var. Azərbaycan haqqında o qədər də geniş məlumatım yox idi. Ölkənizə ilk dəfədir səfər edirik. Bakıda olmaqdan xüsusilə həzz aldıq. Burada özümüzü xaricdəki kimi hiss etmirik. Elə bil doğma məkandayıq. Hindistandan olmağımıza baxmayaraq, şəhərinizdə ət yeməklərini çox sevdik.

Əhməd Al Dakheel Səudiyyə Ərəbistanından gəlib. Ölkəmizdə bir neçə dəfə olub. Qəbələ və Quba ilə bağlı xoş xatirələri var:

– Azərbaycanın bəzi regionlarında olmuşam. Qəbələ və Quba çox xoşuma gəlib. Paytaxt Bakıya dostlarımla ilk dəfədir gəlirəm. Gözəl şəhərdir. Burada 10 gün qalmağı planlaşdırırıq. COP29 dünya əhəmiyyətli tədbirdir. O, ölkənin müasir inkişaf səviyyəsini, qlobal ekoloji problemlərin həllinə yönəlmiş səylərini nümayiş etdirmək üçün önəmli bir platformadır. Azərbaycanın müasir və inkişaf etmiş in­frastrukturu xoş təsir bağışlayır.

Pakistanlı Akeel Abbas Bakıda özünü çox təhlükəsiz hiss etdiyini dedi:

– Bakıda ilk dəfədir oluram. Əvvəllər Şahdağa səfər etmişəm. O qədər xoş təəssüratlarım var ki... Bakı xüsusilə məni heyran etdi. Özümüzü qətiyyən yadelli kimi hiss etmirik. Hər yerdə kömək edən çoxlu könüllülər var. Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi, bütün ölkələrin bir araya gəlməsi və ətraf mühitlə bağlı müzakirələrin aparılması çox gözəldir. İqlim dəyişikliyi ilə mübarizə aparmaq hamımızın ümdə vəzifəsidir. Hazırda şəhərdə çoxlu turistlər var. Bir neçə gün ərzində hamı elə bil doğmalaşıb. Ümid edirik ki, bu nüfuzlu tədbir uğurla başa çatacaq. 

Mübarek Salahi Bakı ilə tanışlıqdan məmnun qaldığını bildirdi:

– Binaların arxitekturası, parklar, xiyabanlar çox xoşuma gəldi. Dənizkənarı bulvarı başdan-başa gəzdim. Amma yorulmadım. Ecazkarlığı ilə insanı valeh edir. Mətbəxiniz çox xoşuma gəlir. Əvvəllər Azərbaycanda olsam da, Bakını görməmişdim. Azərbaycan nüfuzlu tədbirlərə yüksək səviyyədə evsahibliyi edir. İnanırıq ki, dünya ölkələri üçün mühüm əhəmiyyət daşıyan COP29 da yüksək səviyyədə başa çatacaq. Digər tərəfdən COP29-a evsahibliyi ölkənizin dünyaya daha da tanıdılması üçün çox böyük töhfədir. 

Cənubi Koreyadan Bakıya təşrif buyurmuş Jung Çihon Bakının onu yaxşı mənada təəccübləndirdiyini vurğuladı: 

– Bakının zəngin tarixi abidələri ilə tanışlıq bizdə xoş təəssürat yaratdı. Xüsusilə “Qız qalası”, “Alov Qüllələri”, teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar idman arenaları, habelə ibadət yerləri maraqlı və cəzbedicidir. Şəhərin arxitekturası məftunedicidir. İnsanlar səmimi və qonaqpərvərdirlər. 

Honduraslı Indiginous Miskito paytaxtımızın gözəlləyindən və COP29-un önəmli rolundan danışdı:

– Bakı gözəl şəhərdir. Burada olmaq, gəzmək adama zövq verir. COP29-a gəlincə, iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. Bir çox problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un rolu böyükdür. Belə bir mötəbər tədbirə Bakının evsahibliyi etməsi onu göstərir ki, Azərbaycan ekologiyanın qorunması istiqamətində səylə çalışır və bütün dünyanın diqqətini buna yönəldir. Emissiyaların məhdudlaşdırılması, yaşıl texnologiyaların dəstəklənməsi və innovativ infrastrukturların inkişafı naminə ölkənizin gördüyü işlər təqdirəla­yiqdir. Bütün bunları nəzərə alıb əminliklə deyə bilərəm ki, COP29-un ilk günləri Azərbaycan üçün qalibiyyətlə başa çatdı. Yaşıl işıq Bakıdadır. 

Səudiyyə Ərəbistanı vətəndaşı Almadeeni Yousaf bildirdi ki, Bakı konfransı iqlim dəyişiklikləri ilə mübarizə və bu sahədə mövcud problemlərinin həlli istiqamətində dönüş nöqtəsi olacaq: 

– Dünya dövlətləri Azərbaycan kimi iqlim təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi görməli və gələcək nəsilləri iqlim dəyişikliyinin təhlükəsindən qorumaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə inandırmalıdır. Yəni hansısa dövlət özü üçün deyil, həm də qlobal təhlükəsiz­lik üçün hərəkət etməlidir. Bu baxımdan Azərbaycan nümunəsi təqdirəlayiqdir. Hazırda dünyanın diqqəti Azərbaycandadır. Düşünürəm ki, Bakı konfransı iqlim dəyişiklikləri ilə mübarizə və bu sahədə mövcud problemlərinin həlli istiqamətində dönüş nöqtəsi olacaq. 

Bakı haqqında fikirlərim müsbətdir. Şəhərin maraqlı görüntüsü var. Burada xeyli gəzməli yerlər var. Bu günlər ərzində şəhərin maraqlı yerlərində oldum. Qız Qalası, İçərişəhər Bakının qədim tarixə malik olmasının göstəricisidir. Qala divarlarının əsrarəngiz görünüşü var. İçərişəhəri, dar küçələri xüsusilə sevdim. 

Pakistanlı Faisal Kausar dedi ki, COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacaq: 

– İqlim dəyişikliyi bütün dünya üçün vacib xəbərdarlıq olmalıdır. Çünki son bir neçə ildə iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərlə üzləşdik. Əhali buna görə yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalır. Qlobal ictimaiyyət bunun fərqində olmalıdır. Azərbaycanın COP29-a evsahibliyi etməsi dünya ölkələrinin, xalqlarının problemlərinə nə qədər ciddi yanaşmasını əyani şəkildə sübut edir. Azərbaycanla çox yaxın ölkələrik, qardaş ölkə kimi baxıram. 

Bakı sürətlə inkişaf edir. Azərbaycan özünü cəlbedici turizm məkanı kimi bizə təqdim edir, təkcə zəngin tarix və mədəniyyət deyil, həm də heyrətamiz mənzərələr təqdim edir. Sizdə bir nizam var. Gələcəyə nikbin baxırsınız. Bu mənada COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacağına əminəm. Sizin ölkə haqqında məlumatım genişdir. Azərbaycanın 44 gün ərzində işğal olunmuş torpaqlarını azad etməsini, məcburi köçkünlərin öz ərazilərinə qayıtmasını da bilirəm. 

Leyla QURBANOVA, 
Rizvan FİKRƏTOĞLU, 
Vüsalə ƏLİYEVA, 
Cavid QAÇAYEV (foto) 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri