Icma.az
close
up
RU
Azərbaycanın COPda yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir

Azərbaycanın COPda yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Emissiyalar artdıqca, dəniz səviyyəsinin qalxdığı kimi, Azərbaycanın illik BMT iqlim sammitinə ev sahibliyi etməsi xəbəri də bəzi dairələrdən "yaşıl yuyulma" ittihamları ilə qarşılandı. COP29 yaxınlaşdıqca bu səslər daha da ucalır".
Demokrat.az xəbər verir ki, bu barədə "Euronews"un Bakıda keçiriləcək COP29 iqlim sammiti barədə dərc etdiyi məqaləsində deyilir.
"Azərbaycanın COP-da yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir", - deyə "Euronews"da Hikmət Hacıyev qeyd edib.
H.Hacıyev məqalədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar ortaya atılan "yaşıl yuyulma" ittihamlarına toxunur və bu ittihamları rədd edərək, ölkəmizin neft və qaz istehsalçısı olaraq keçmişini gizlətmək əvəzinə, bunu açıq şəkildə göstərdiyini vurğulayır.
Məqalənin müəllifi bildirir ki, Azərbaycanın neft və qazla əlaqəli keçmişi və bu sahədəki uğurları danılmazdır.
Yazıda XIX əsrdə Bakıda dünyada ilk kommersiya quyusunun qazılması, Azərbaycanın uzun müddət neft və qaz istehsalına əsaslanan bir iqtisadiyyata malik olduğu vurğulanır, bütün bunların ölkənin sənayeləşməsi və iqtisadi inkişafının təməlini qoyduğuna diqqət çəkilir.
Bu isə Azərbaycanın iqlim dəyişikliyi mövzusunda özünü müdafiə edərkən, enerji istehsalındakı rolu ilə bağlı heç bir kompleksi olmadığını nümayiş etdirir.
Bildirilir ki, bu, Azərbaycanın iqtisadi artımını və sosial inkişafını daha da gücləndirən mühüm bir amildir.
"Qlobal tullantıların 0,01%-ni təşkil edən Azərbaycan sənayedəki rolundan çəkinmir. Neft və qaz gəlirləri səhiyyə, infrastruktur və təhsilə investisiyaları maliyyələşdirib və Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra adambaşına düşən ÜDM-in 10 dəfə artmasına səbəb olub", - məqalədə qeyd olunub.
Bildirilir ki, Azərbaycanın Avropaya enerji ixracı, xüsusən də qaz tədarükü Avropanın kömürə olan tələbatının artdığı bir dövrdə əhəmiyyətli bir rol oynayıb.
"Azərbaycan təbii qaz təminatı ilə Avropanın daha çirklənmiş və ekoloji cəhətdən zərərli olan kömürə qayıtmasının qarşısını alıb. Bu isə Azərbaycanın enerji təminatı sahəsindəki mühüm rolunu və regional təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirir", - məqalədə vurğulanıb.
Qeyd olunur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi fayda təmin etmək deyil, eyni zamanda, qlobal enerji təhlükəsizliyini də dəstəkləmək məqsədini güdür.
Məqalədə bəzi tənqidçilərin Azərbaycanı və digər fosil yanacaq istehsalçılarını COP-u keçirməkdən məhrum etmə ideyasına qarşı irəli sürdüyü arqumentlərə qarşı çıxılır:
"Əgər istehsalçılar COP-u keçirməkdən məhrum edilməlidirlərsə, o zaman fosil yanacaqları idxal edən və yandıran istehlakçı ölkələr də bu məsuliyyətdən azad olmamalıdır. Lakin dünyada heç bir ölkə, istər istehsalçı, istərsə də istehlakçı olaraq bu kriteriyaya tam uyğun gəlmir. Azərbaycanın qazın qlobal tələbatı və onu ödəyən bazarlar üzərində çox az nəzarəti var. Lakin təklif edə biləcəyi alternativ var. Xəzər dənizindəki geniş külək enerjisi ehtiyatları daxili tələbatı çox üstələyir. Bu layihə, Azərbaycanın enerji təchizatını yalnız öz sərhədləri ilə məhdudlaşdırmamaqla yanaşı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu cür genişmiqyaslı layihələr yalnız bir ölkənin iştirakını tələb etmir, həm istehsalçılar, həm də istehlakçılar arasında əməkdaşlıq və öhdəliyi ortaya qoyur".
Qeyd olunur ki, bəzi dairələr COP-u təşkil edən ölkələrə qarşı tənqidlər səsləndirməkdə daha rahatdırlar, amma bu yanaşma, heç bir real həll və ya konkret fəaliyyət təqdim etmir.
"Azərbaycan bu sammitin ev sahibi olmasını əvvəlcədən gözləməsə də, tədbirin keçirilməsi ölkənin ekoloji məsuliyyətini ciddi şəkildə qəbul etməsi və gələcəyin fərqli bir enerji modelinə keçid istəyinin göstəricisidir", - materialda bildirlir.
Yazıda Azərbaycanın geosiyasi səbəblərlə, uzun müddət COP-u keçirməkdən məhrum olduğu da vurğulanır.
"Ermənistanın Azərbaycan ərazisinin təxminən beşdə birini işğal etməsi regionda ciddi gərginlik yaratmış və Azərbaycanın beynəlxalq səviyyədə bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qarşısını almışdı.
Azərbaycanın 2020-ci ildə Ermənistanın işğal etdiyi əraziləri geri alması təkcə hərbi deyil, həm də diplomatik baxımdan önəmli bir dönüş nöqtəsi oldu. Ərazi bütövlüyü bərpa edildikdən sonra beynəlxalq səviyyədə daha çox dəstək qazandıq və yeni diplomatik imkanlar yarandı.
Bununla yanaşı, tarixi sülh danışıqları çərçivəsində, Ermənistan Azərbaycanın COP-a ev sahibliyi təklifini, rəsmi Bakı isə öz növbəsində, onun Şərqi Avropa Qrupunun COP Bürosuna üzv seçilməsini dəstəklədi.
Bu xüsusda bəzi tənqidçilərin Azərbaycanın ev sahibliyi etməsini "sülh yuyulması" (peace-washing) kimi qiymətləndirməsi ölkəmizin sülh sazişi istiqamətində irəliləyişlərinə mənfi yanaşmanın və şübhələrin olduğuna işarədir.
Azərbaycanın bu tədbiri keçirmək üçün seçilməsi, əslində, iki ölkə arasında gedən sülh danışıqlarının nəticəsidir. Bu, Azərbaycanın regional sülhə və beynəlxalq əməkdaşlığa verdiyi önəmi təsdiqləyir və bu cür tənqidlərin sadəcə simvolik olduğunu göstərir", - məqalədə qeyd olunub.
H.Haçıyev bildirib ki, Azərbaycan inkişaf etmiş ölkələrə çağırış edərək, COP29-da qlobal emissiyaların azaldılması üzrə verdikləri vədləri həyata keçirmək üçün yeni bir iqlim fondu qurmağı təklif edir, bununla yanaşı, iqlim dəyişikliyinin ön cəbhəsində duran inkişaf etməkdə olan ölkələri qorumağın vacibliyinə diqqət çəkir.
"Azərbaycanın bu yanaşmaya verdiyi dəstək, həm ədalət, həm də dayanıqlı inkişaf prinsipinə sadiq qalma məqsədini güdür. Bu, "ümumi amma fərqli məsuliyyətlər" prinsipi ilə tam uyğundur, yəni bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə iştirak etməli, amma inkişaf səviyyələri nəzərə alınaraq fərqli öhdəliklər götürməlidirlər.
Bu, kompleks və çətin bir işdir. Bəziləri üçün isə sadə və ucuz tənqidlərə sığınmaq daha asandır", - H.Hacıyev fikrini yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Noyabr 2024 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri