Azərbaycanın cüdo millilərinin və aparıcı klubların nümayəndələri üçün seminar təşkil olunub
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Cüdo Federasiyasında yığma komandaların məşqçiləri və ölkənin aparıcı cüdo klublarının nümayəndələri üçün seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, təlimlər idmançı sağlamlığının qorunması, zədələrin qarşısının alınması və performansın artırılması mövzularını əhatə edib.
Təlim proqramının reabilitasiya və zədə sarğıları (“taping”) mövzusu beynəlxalq təcrübəyə malik fizioterapevt Morqan Selles tərəfindən tədris olunub.
Sessiya zamanı cüdoda ən çox rast gəlinən zədələr, onların yaranma səbəbləri, reabilitasiya mərhələləri, idmançının təhlükəsiz şəkildə məşq və yarışlara qaytarılması, həmçinin zədə sarğısı və kinesioteypin düzgün tətbiqi ilə bağlı praktiki biliklər iştirakçılara təqdim edilib.
Dartınma (gərmə) hərəkətləri (“stretching”) və mobilizasiya mövzusu isə tanınmış mütəxəssis Taro Netzer tərəfindən aparılıb. Təlim zamanı dartınma və mobilizasiya metodlarının cüdo məşq prosesində rolu, zədə riskinin azaldılması, hərəkət amplitudasının artırılması, eləcə də məşqdən əvvəl və sonra düzgün tətbiq prinsipləri izah olunub.
Sessiyalar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.
Təlimlərin əsas məqsədi məşqçilərin tibbi-reabilitasiya biliklərini gücləndirmək, idmançılarla daha təhlükəsiz və elmi əsaslı şəkildə işləmələrini təmin etmək olub. Azərbaycan Cüdo Federasiyası məşqçilərin davamlı inkişafını və beynəlxalq standartlara uyğun biliklərlə təmin olunmasını prioritet istiqamət kimi davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Dekabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















