Icma.az
close
up
RU
“Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda tikinti sektoru 2022-ci ildə karbon qazı emissiyasının 16%-nə səbəb olub.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan “Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masanın gedişində "Built Enviorement" təşkilatının baş məsləhətçisi Alidə Saleh deyib.

Qlobal miqyasda tikinti sektoru ümumi istixana qazı emissiyalarının 21%-nin səbəbkarı olduğunu qeyd edən Alidə Saleh, eyni zamanda bu sahənin 2030-cu ilə qədər enerji intensivliyinin yaxşılasdirilmasi sürətini ikiqat artırmaq üçün lazım olan həllərin 40%-ni təmin etdiyini bildirib.

"Bina və tikililər bizi kəskin temperaturdan, fırtınalardan və yüksələn sel sularından qoruyur. Odur ki, tikinti sahəsinin vətəndaşlara fayda vermək potensialı heç vaxt kiçildilməməlidir", - Alidə Saleh bildirib.

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədovun sözlərinə görə, Azərbaycan Paris Sazişi və Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Öhdəliyi ilə öz üzərinə götürdüyü öhdəlikləri nümayiş etdirib. İndi isə icraya keçid mərhələsində hökumətin səylərini dəstəkləməkdə tikinti şirkətləri və sement istehsalçıları daxil olmaqla özəl sektorun rolu həyati əhəmiyyət daşıyır.

Bildirilib ki, COP29-a hazırlıq çərçivəsində Azərbaycanın aparıcı inşaat şirkətləri karbon qazı emissiyalarının 1,5 °C ilə məhdudlaşdırılması istiqamətində öz töhfələrini verməyə dair öhdəlik götürərək, BMT Qlobal Sazişi ilə əməkdaşlıqda “Azərbaycan Davamlı Tikili Mühit Yol Xəritəsi”ni hazırlamaq barədə razılığa gəliblər.

COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai iqlim dialoqu, təşəbbüslərində tikinti sektorunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Bizim ücün ən önəmli özəl sektorun iqlim dialoquna yanaşmasıdır. Məhz ölkənin tikinti sektorunun nümayəndələri bizim təşəbbüslərə müsbət yanaşan və qoşulan ilk özəl sektor oldu",- Arpadarai bildirib.

Qeyd edək ki, dəyirmi masa "Azərbaycan Davamlı Tikili Mühit Yol Xəritəsi”nin müəlliflərini, “Net Zero Accelerator” sement istehsalçılarını və əsas sektor nümayəndələrini bir araya gətirərək, tikili mühitin dekarbonizasiyasında biznesin iştirakını gücləndirməyi və COP30-a qədər davamlı irəliləyişi təmin etməyi hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1113

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see256

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri