Icma.az
close
up
RU
Azərbaycanın dəstəyi olmasaydı, İran nə edəcəkdi?

Azərbaycanın dəstəyi olmasaydı, İran nə edəcəkdi?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti Azərbaycana təşəkkür etdi. Tehranda keçirilən mətbuat konfransında Prezident Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı müharibə apardığı dövrdə Azərbaycan İrana kömək göstərib.

Prezident Pezeşkian deyib: “Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib”.

İran prezidenti Azərbaycan “bizim ehtiyac duyduğumuz bütün məsələlərdə bizə dəstək olurdu” -deyə önəmli bir açıqlama verib.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində İranlı həmkarına təşəkkür edib.

Ümumiyyətlə, son dövrlərdə, xüsusilə, ABŞ-ın və İsrailin İranla müharibəsi fonunda rəsmi Tehranın Azərbaycana qarşı münasibətində dəyişmələr var. Əgər əvvəllər İran hakimiyyətinin təmsilçiləri Azərbaycanı ən yaxşı hallarda "yaxın qonşu", "dost", "tərəfdaş" adlandırırdısa, indi artıq ölkə Prezidentinin dilindən "qardaş" ifadəsini eşidirik. Məsud Pezeşkian Azərbaycan Respublikasından, ölkəmizin əhalisindən "qardaş-bacılarımız" deyə bəhs edir.

Azərbaycanın ABŞ-la və İsraillə münasibətlərinin indiki səviyyəsi məlumdur: strateji tərəfdaşlıq. Ancaq bu, Azərbaycanı İrana siyasi, humanitar dəstək göstərməkdən çəkindirmir. Siyasi mövqe ən yüksək səviyyədə ifadə olunur: İranın suverenliyinə, ərazi bütövlüyünə tam sadiqlik və dəstək göstərilir. Bu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətli yanaşmaya əsaslanan prinsipial mövqeyidir. Bunu rəsmi Bakı təkcə İrana deyil, Ukraynaya, eyni situasiya ilə üzləşən başqa dövlətlərə də qarşı göstərir. Öz siyasətində müstəqillik və mövqeyində ardıcıllıq bu deməkdir.

Sonda onu da deyək: İran Prezidenti vəziyyəti dəqiq qiymətləndirir. Müharibə zamanı İranın əksər qonşuları öz ərazilərini və ərazi sularını, eləcə də, hava məkanını İrana qarşı hərbi əməliyyatlar üçün açdığı halda, üç dövlət tərəfləri bu münaqişəni dayandırmağa və sülh danışıqlarına çağırırdılar. Hətta buna çalışırdılar. Bunlar Azərbaycan, Türkiyə və Pakistandır.

İran hakimiyyətindəki sağlam düşüncəli qüvvələr də bunu görür və qiymətləndirir. Onlar da görürlər ki, Azərbaycan təklif olunan böyük imkanların qarşılığında və təzyiqlər qarşısında İrana qarşı öz mövqeyindən geri çəkilmir. Arazdan şimaldakı Azərbaycanlılar İranda çoxluq olan güneyli qardaşlarına görə "İran həm də bizik", "özümüzük" deyir...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol. info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Avqust 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri