Icma.az
close
up
RU
Azərbaycanın Dövlət Bayrağı Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb

Azərbaycanın Dövlət Bayrağı Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

Kanadanın Toronto şəhərindəki Ontario Qanunvericilik Assambleyasının önündə Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri ilə yanaşı, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli, Ontario parlamentinin üzvləri - Maykl Tibollo, Andrea Hezel, Sten Ço, Kristin Vonq-Tam, Rudi Kuzetto, Laura Smit, Deyzi Vay, Mohamed Firin, Reymond Sanq Cun Ço, eləcə də Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş, İsrailin Toronto və Qərbi Kanadadakı Baş Konsulluğunun Hökumətlə Əlaqələr direktoru Elis Denson, Qana Baş konsulunun müavini Coys Asamoa-Korantenq, Torontoda Yaponiya konsulunun həyat yoldaşı Miho Takeşi iştirak ediblər.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara təşəkkür edib. Kanadada yaşayan soydaşlarımızın Kanada ilə Azərbaycan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması istiqamətində çalışacaqlarını diqqətə çatdırıb.

Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş mühüm tarixi hadisə ilə bağlı icmamızı təbrik edib, “Bir millət, iki dövlət” şüarını səsləndirərək iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Mərasimdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini bölüşüblər.

Ontario əyalətinin Baş naziri Daq Ford, Ontario Liberal Partiyasının rəhbəri Bonni Krombi, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli və Ontario parlamentinin üzvləri - Mayk Şrayner, Andrea Hezel, Kristin Vonq-Tamın imzaladığı təbrik məktubları Azərbaycan icmasına təqdim olunub.

Sonra Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Azərbaycanın Dövlət Bayrağı səmaya ucaldılıb.

Mərasim Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin rəqsləri və nağara qrupunun ifası ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri