Icma.az
close
up
RU
Azərbaycanın dünya birliyinə inteqrasiyası TƏHLİL

Azərbaycanın dünya birliyinə inteqrasiyası TƏHLİL

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın digər dövlətlərlə inteqrasiyası müxtəlif sahələrdə mühüm əhəmiyyət daşıyır. Bu həm regional, həm də beynəlxalq əlaqələrdə əsas rol oynayır. Azərbaycan, coğrafi mövqeyinə görə, Avropa, Asiya və Orta Şərq arasında strateji körpü funksiyasını yerinə yetirir. Bu inteqrasiya, ölkənin iqtisadiyyatı, təhlükəsizliyi, enerji siyasəti, mədəniyyət və təhsil sahələrində inkişafına mühüm təsir göstərir. Ölkəmizin digər dövlətlərlə inteqrasiyası, ölkənin beynəlxalq mövqeyini gücləndirir və onun regional və qlobal siyasətdə mühüm iştirakçı olmasına imkan yaradır. Bu əməkdaşlıq həmçinin Azərbaycanın iqtisadiyyatını möhkəmləndirir, regional təhlükəsizliyi təmin edir və mədəni əlaqələri inkişaf etdirir.

Mövzu ilə bağlı Manset.az-a danışan Millət vəkili Fariz İsmayılzadə bildirib ki, Azərbaycan öz xarici siyasətində hər zaman dostluq və qarşılıqlı hörmət əsasında olan əməkdaşlığa üstünlük verir:

"Ölkəmiz bütün dünya ölkələri ilə əməkdaşlığa hazırdır. Əgər, həmin ölkələr Azərbaycanla hörmət, qarşılıqlı faydalı əməkdaşlığa razıdılarsa, yəni, həm də bizim ərazi bütövlüyümüzü, suverenliyimizi tanımalıdılar. Xüsusilə bu istiqamətdə prioritet olan ölkələr bizim qonşu ölkələrimizdir. Enerji məsələlərində Avropa ölkələri ilə əməkdaşlıq edirik. Son illərdə Azərbaycan Asiya və Afrika ölkələri ilə əməkdaşlığa üstünlük verir. Çünki, burada bizi birləşdirən faktorlar var.  Bütün bu əməkdaşlığın nəticəsində Azərbaycan artıq böyük uğurlar qazanıb. BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişdik. COP Sammitinə ev sahibliyi etdik. Digər Beynəlxalq təşkilatlarada sədrliyimiz çox uğurlu olub. Diplomatiyamızın uğurları göz qabağındadır. Bundan sonrada bu çoxşaxəli istiqqmətlərdə fəaliyyət güclənəcək. O cümlədən ikitərfəli münasibətlərdə biz həm siyasi dioloqa üstünlük veririk, həm də iqtisadi əməkdaşlığa. Son illərdə Azərbaycanın yardımı digər ölkələrə artmaqda davam edir. Bu da bizə yeni dostlar, yeni partnyorlar qazandırır".   

Siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı isə saytımıza bildirib ki, Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edir:

"Bu inteqrasiya həddindən artıq vacibdir. Bu həm iqtisadi sahədə baş verir, həm də siyasi müstəvidə özünü göstərir. Artıq görürük ki, hərbi sahədə də inteqrasiya prosesləri gedir. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan onunla qarşıdurma vəziyyətində olsun. Ermənistan istisna olmaqla, bütün ölkələrlə münasibətlər inkişaf edir. Beynəlxalq təşkilatlar qərəzli mövqedən çıxış etmirlərsə, Azərbaycan onlarla da beynəlxalq öhdəliklərə uyğun olaraq hərəkət edir. Amma hansı dövlətlər qərəzli mövqedən yanaşırlarsa, Azərbaycan onlarada adekvat cavab verir. Azərbaycan prezidentinində dəfələrlə bildirdiyi kimi, bizim ailəmiz Turan-Türk dünyasıdır. Bu prosesdə sürətlə gedir. Azərbaycan və Türkiyə başda olmaqla böyük türk dövlətlərinin arasında inteqrasiya gedir.

Bizim Turan dünyasının iqtisadi, siyasi və hərbi potensialı həddindən artıq genişdir. Biz bu potensialdan istifadə edərək, dünyada ciddi mövqeyə nail oluruq. Hamısı başa düşür ki, bizim gücümüz birlikdədir. 

Bu istiqamətdə hərbi blokun yaradılması fikri də var. Turan ordusunun yaranması ilə bağlı müəyyən işlər gedir.  Azərbaycan son dövrlərdə Türkiyə ilə hərbi sahədə sıx əməkdaşlıq edir. İki ölkə arasında hərbi təlimlər keçirilir. Artıq bu prosesə Özbəkistanda qoşulub. 

Digər istiqamətlərdə də işlər gedir. Müxtəlif formatlar var. Azərbaycan, Türkiyə, Gürcüstan formatı var ki, vaxtaşırı Xarici İşlər nazirləri görüşürlər. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı sənədlər qəbul olunur. Bunların hamısı çox müsbət bir tendensiyadır. 

Əsasən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini inkişaf etdirir. Böyük dövlətlərdən ABŞ ilə münasibətləri normal saxlayır. Müəyyən əməkdaşlıq var. Siyasi cəhətdəndə artıq Amerika Azərbaycanın mövqeyi ilə hesablaşır. Eyni zamanda iqtisadi cəhətdən əməkdaşlıq getdikcə genişlənir.  Avropa ilə Azərbaycanın münasibətləri yaxşı səviyyədədir. Mane olmaq istəyənlər var. Fransa Azərbaycana qarşı qərəzli ı mövqe tutur. Digər ona yaxın olan dövlətlər Azərbaycana qarşı çevrilişə çalışır. Müəyyən mərhələlərdə Almaniyanıda qərəzli mövqelərinə cəlb edir. Amma Almaniya ilə də münasibətlərimiz normaldır. Eyni zamanda İngiltərə ilə münasibətlər yaxındır. İnteqrasiya prosesləri davam edir. Digər Avropa ölkələri ilə müttəfiqliyimiz ortadadır. Serbiya,  Macarıstan və Sloveniya ilə müttəfiqliqliyimiz var. Polşa ilə kifayət qədər yaxşı münasibətlərimiz var. Azərbaycan dünya miqyasında öz siyasətini uyğun şəkildə qurub".
 

Quliyeva Seyranə

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri