Icma.az
close
up
RU
Azərbaycanın dünya birliyinə inteqrasiyası qlobal etimad modelinə əsaslanır Politoloq şərhi

Azərbaycanın dünya birliyinə inteqrasiyası qlobal etimad modelinə əsaslanır Politoloq şərhi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın dünya birliyinə inteqrasiyası balanslı xarici siyasət, sabitlik və qlobal etimad modeli kimi xarakterizə oluna bilər".

Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru təkcə iqtisadi potensialla deyil, eyni zamanda, çevik, praqmatik və balanslaşdırılmış xarici siyasət yürütmək bacarığı ilə ölçülür. Azərbaycan son onilliklər ərzində formalaşdırdığı modern dövlətçilik modeli və müstəqil xarici siyasət kursu ilə dünya birliyinə inteqrasiyanın uğurlu nümunələrindən biri kimi çıxış edir. Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe, qlobal güc mərkəzləri arasında balanslaşdırılmış siyasəti və regional sabitliyə verdiyi töhfə ölkənin siyasi-diplomatik çəkisini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın xarici siyasət strategiyasının əsas sütunlarından biri qlobal güc mərkəzləri ilə münasibətlərdə balansın qorunmasıdır.

Politoloq vurğulayıb ki, Azərbaycan nə hər hansı bir hərbi-siyasi bloka qoşulub, nə də beynəlxalq münasibətlərdə qarşıdurma yaradan tərəf kimi çıxış edib. Əksinə, ölkə daim müstəqil mövqeyini qoruyaraq üçüncü tərəflərə qarşı yönəlməyən, əməkdaşlığa əsaslanan siyasət yürüdüb. Bu yanaşma Azərbaycanın həm Qərb, həm Şərq, həm də Cənub istiqamətində etibarlı tərəfdaş imici qazanmasına şərait yaradıb.

Y.Hacıyevanın sözlərinə görə, məhz bu balanslı yanaşma Azərbaycanın qlobal siyasi sistemdə etimadla qəbul olunmasına, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına imkan verib. O bildirib ki, bu gün Azərbaycanın səsi beynəlxalq platformalarda dinlənilən, mövqeyi nəzərə alınan dövlət səviyyəsinə yüksəlib.

“Azərbaycanın dünya birliyinə inteqrasiyası ardıcıl və uzunmüddətli inkişaf strategiyasının nəticəsidir. Onilliklər ərzində həyata keçirilən xarici siyasət kursu ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə, siyasi dialoqun dərinləşdirilməsinə və qarşılıqlı iqtisadi etimadın formalaşdırılmasına xidmət edib. Bu strategiya nəticəsində Azərbaycan regional və regionlararası strateji layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilib. Enerji, nəqliyyat və logistika sahələrində reallaşdırılan beynəlxalq layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, onu etibarlı tərəfdaş kimi tanıdıb. Bu layihələr ölkəyə yalnız iqtisadi dividendlər deyil, həm də siyasi sabitlik və diplomatik nüfuz qazandırıb”, - deyə politoloq bildirib.

Onun fikrincə, müasir dövrdə beynəlxalq sistem geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi problemləri, regional münaqişələr və iqtisadi qeyri-sabitlik kimi ciddi çağırışlarla üz-üzədir. Belə bir şəraitdə Azərbaycanın sabit inkişaf xəttini qoruyub saxlaması ölkənin daxili siyasi dayanıqlığının və düzgün xarici siyasət kursunun göstəricisidir.

“Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda, Cənubi Qafqaz və qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynayır. Regional əməkdaşlığın təşviqi, dialoq və qarşılıqlı etimadın qurulması Azərbaycanın diplomatik fəaliyyətinin əsas istiqamətlərindəndir. Azərbaycanın xarici siyasətində əsas prioritetlər qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlikdir. Balanslı yanaşma prinsipi üzərindən qurulan bu xarici siyasət strategiyası artıq öz uğurunu tam miqyasda sübut edib və Azərbaycanı qlobal və regional səviyyədə etibarlı, proqnozlaşdırılan və məsuliyyətli aktor kimi tanıdıb”, - deyə Y.Hacıyeva bildirib.

O, sonda qeyd edib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası təkcə beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqil, balanslı və praqmatik xarici siyasət kursu Azərbaycanın qlobal güc mərkəzləri arasında manevr imkanlarını genişləndirib, onu qarşıdurmaların deyil, əməkdaşlığın tərəfdarı olan dövlət kimi tanıdıb. Bu model Azərbaycanın gələcəkdə də beynəlxalq sistemdə etibarlı, sülhpərvər və nüfuzlu aktor kimi mövqeyini qoruyacağını deməyə əsas verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri