Icma.az
close
up
RU
Azərbaycanın dünya birliyinə inteqrasiyası

Azərbaycanın dünya birliyinə inteqrasiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Əsas şərtlər: balanslı xarici siyasət, sabitlik və qlobal etimad modeli

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru yalnız iqtisadi potensialı ilə deyil, eyni zamanda, çevik, praqmatik və balanslaşdırılmış xarici siyasət yürütmək bacarığı ilə ölçülür. Bu kontekstdə Azərbaycan son onilliklər ərzində formalaşdırdığı modern dövlətçilik modeli və müstəqil xarici siyasət kursu ilə dünya birliyinə inteqrasiyanın uğurlu nümunələrindən biri kimi çıxış edir. 

Ölkəmizin beynəlxalq aləmdə tutduğu mövqe, qlobal güc mərkəzləri arasında balanslaşdırılmış siyasəti və regional sabitliyə verdiyi töhfə onun siyasi-diplomatik çəkisini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın xarici siyasət strategiyasının əsas sütunlarından biri qlobal güc mərkəzləri ilə münasibətlərdə balansın qorunmasıdır. Ölkə nə hər hansı bir hərbi-siyasi bloka qoşulub, nə də beynəlxalq münasibətlərdə qarşıdurma yaradan tərəf kimi çıxış edir. Əksinə, Azərbaycan daim müstəqil mövqeyini qoruyaraq üçüncü tərəflərə qarşı yönəlməyən, əməkdaşlığa əsaslanan siyasət yürüdüb. Bu yanaşma ölkəyə həm Qərb, həm Şərq, həm də Cənub istiqamətində etibarlı tərəfdaş imici qazandırıb.

Məhz bu balanslı yanaşma Azərbaycanın qlobal siyasi sistemdə etimadla qəbul olunmasına, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına imkan yaradır. Azərbaycanın beynəlxalq platformalarda dinlənilən, mövqeyi nəzərə alınan dövlət mövqeyinə yüksəlib.

Ölkəmizin dünya birliyinə inteqrasiyası ardıcıl və uzunmüddətli inkişaf strategiyasının nəticəsidir. Onilliklər ərzində həyata keçirilən xarici siyasət kursu ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə, siyasi dialoqun dərinləşdirilməsinə və qarşılıqlı iqtisadi etimadın formalaşdırılmasına xidmət edir. 

Bu strategiya nəticəsində Azərbaycan regional və regionlararası strateji layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilib. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın geosiyasi geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, onu etibarlı tərəfdaş kimi tanıdıb. Bu layihələr ölkəmizə siyasi sabitlik və diplomatik nüfuz qazandırıb.

Müasir dövrdə beynəlxalq sistem müxtəlif istiqamətlərdən gələn narahatedici çağırışlarla üz-üzədir: geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi problemləri, regional münaqişələr və iqtisadi qeyri-sabitlik. Belə bir şəraitdə Azərbaycanın sabit inkişaf xəttini qoruyub saxlaması onun daxili siyasi dayanıqlığının və düzgün xarici siyasət kursunun göstəricisidir. Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda, Cənubi Qafqaz və qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynayır. Regional əməkdaşlığın təşviqi, dialoq və qarşılıqlı etimadın qurulması Azərbaycanın diplomatik fəaliyyətinin əsas istiqamətlərindəndir. Azərbaycanın xarici siyasətində əsas prioritetlər qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq, dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlikdir. Ölkə azadlıqsevər, sülhpərvər və açıq dialoqa hazır dövlət kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. Balanslı yanaşma prinsipi üzərindən qurulan xarici siyasət strategiyası artıq öz uğurunu tam miqyasda sübuta yetirib. Bu strategiya Azərbaycanın həm qlobal, həm də regional səviyyədə etibarlı tərəfdaş, proqnozlaşdırılan və məsuliyyətli aktor kimi qəbul olunmasını təmin edib.

Azərbaycanın dünya birliyinə inteqrasiyası təkcə beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. 

Müstəqil, balanslı və praqmatik xarici siyasət kursu Azərbaycanın qlobal güc mərkəzləri arasında manevr imkanlarını genişləndirib, onu qarşıdurmaların deyil, əməkdaşlığın tərəfdarı olan dövlət kimi tanıdıb. Bu model Azərbaycanın gələcəkdə də beynəlxalq sistemdə etibarlı, sülhpərvər və nüfuzlu aktor kimi mövqeyini qoruyacağını deməyə əsas verir.

Yeganə HACIYEVA, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri