Icma.az
close
up
RU
Azərbaycanın dünyadakı yeri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Azərbaycanın dünyadakı yeri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fəridə Aslanova Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Bu gün metro stansiyalarında (qatarların içində, platformalarda, eskalatorlarda) dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqilərini axtardım, onları eşitmək istədim.

Niyə səslənmir?

Şərqdə ilk operanı yaradan o kişinin 140 illiyidir. Gəlin bu günümüzü onun əsərlərini səsləndirməklə keçirək. Məsələn, biz Akademik Musiqili Teatr olaraq bu gün 18 sentyabr - Milli Musiqi Günümüzdə, yəni o dühanın doğum günündə yeni mövsümə başlayacağıq.

Bəs siz hansı işləri edəcəksiniz? Elə şeylər var ki, ümummili məsələlərdir. Üzeyir bəyi  tanıyanların, onun əsərləri ilə dərindən maraqlananların pis musiqi zövqü ola bilməz, qeyri-mümkündür.

Nə isə. Haydı, gəlin bu günümüzü onun notlarının ahəngi ilə bəzəyək! Həm də "Formula-1" yarışmasına görə ölkəmizdə olan turistlərə musiqi mədəniyyətimizi təbliğ etmək baxımından əla fürsətdir.

İlkin Rüstəmzadə, ictimai fəal:

- Macarıstanın dünya şöhrətli Frans List adına Kamera Orkestri dahi bəstəkarımız Üzeyir bəyin "Arazbarı" əsərini ifa edib.

Azərbaycan musiqisi zərifdir, möhtəşəmdir.

Həmişə içimdə inanmışam ki, bir gün Üzeyir bəy dünyada haqq etdiyi qiyməti, yeri alacaq. Motsartın, Bethovenin dayandığı Panteonda olacaq.

Və indi ölkəmizin dünyadakı yerini gördükcə əmin oluram ki, o gün uzaqda deyil.

Azərbaycan dünya mədəniyyəti üçün şərqin yeni Fransası olacaq. Bakı artıq Şərqin Parisidir.

Bu yazdıqlarıma gülə bilərsiniz, amma bir neçə il sonra özünüz görəcəksiniz.

Elçin Rüstəmli, jurnalist:

- Ölkədə "Azpetrol", "Lukoil" və SOCAR şəbəkəsinə daxil olmayan yanacaqdoldurma məntəqələri müştəri qıtlığından əziyyət çəkir, bəzi sahibkarlar artıq fəaliyyəti dayandırmağa məcbur olub. Səbəb hibrid və elektromobillərin sayının kəskin artması, xüsusi ilə taksi fəaliyyətində onlardan geniş istifadə olunmasıdır.

Şəbəkəsi olan şirkətlər arasında isə kəskin rəqabət var, müştəri qazanmaq üçün şirkətlərlə korporativ anlaşmalar, endirim kartları paylamaq və s. yollara əl atılır.

Şahin Cəfərli, bloger:

- Peşəkar futboldan uzaq, çox aşağı səviyyəli milli liqası olan bir ölkədə komanda qurub, onu Çempionlar Liqasına yüksəltmək və gedib Portuqaliyada "Benfika"nı məğlub etmək tamamilə bir nəfərin bu sahədəki istedadı, bacarığı və liderliyinin nəticəsidir.

Sistemli iş və uzunmüddətli planlaşdırma kültürünün də hələ oturuşmadığı torpaqlarda bir sistem qurmaq, ucuz qiymətə oyunçular tapıb gətirərək onlara bu sistemi aşılamaq, ayrı-ayrı fərdlərin deyil, kollektiv ruhun önə çıxdığı, fiziki hazırlıq baxımından Avropa komandaları qarşısında əzilməyən, mental olaraq da möhkəm, intizamlı bir futbol komandası yarada bilmək Qurban Qurbanovu Azərbaycan futbolunun çərçivələrini çox-çox aşan dünya səviyyəli mütəxəssisə çevirir. Məsələn, hamımızın izlədiyi Türkiyədə hazırda 3 ildir ardıcıl çempion olan Okan Buruk da daxil olmaqla, Qurban səviyyəsində yerli məşqçi yoxdur.

Fazil Mustafa, millət vəkili:

- Bunun adı qəhrəmanlıqdır. Sənə hər şey halaldır. Lissabon zəfəri! 0:2-dən oyunu çevirəsən, həm də dünyanın ən çətin komandalarından birinə qarşı! Komandamıza və Qurbana min təşəkkür. Hələ də anlaya bilmirəm ki, bu cür komandası olan bir ölkədə adamlar hansı məntiqlə "Fənər"li, "Qalatasaray"lı, "Beşiktaş"lı deyib mübahisə edirlər? "Fənər" bu komandanın qapısına yaxın düşə bilmədi. 0:2-dən sonra "Beşiktaş" da, "Qalatasaray" da tökülərdi, tar-mar olardı. İnanılmazı bacarmaq demək ki, mümkündür! AFFA-nın irəlidə başqa Santuşlara verəcəyi qara deşiyə gedən pulları yığıb bu kluba vermək lazımdır ki, 1-2 güclü futbolçu da alsın və irəlidə heyət sıxıntısı yaşamasın. Ən böyük "Qarabağ"!

Sənan Şəfizadə, jurnalist:

- 68 min azarkeş və 121 yaşlı "Benfika". İnanın rəqib çox güclüdü, sadəcə "Qarabağ" onu gözümüzdə kiçiltdi. Bir gün əvvəl "mütləq udmalıyıq" deyən Brunu Lajenin son 30 dəqiqəni həyəcanla izləməsi. "Estadio Da Luz"dakı insanların üzüntüsü, kədəri və "Qarabağ"a baxışında üzlərindəki cizgilər.

"Qarabağ" çox böyüyüb, komanda olaraq dəyişib. Bu oyuna görə bütün komandaya BEŞ düşür. Rəqibin təhlili, meydanda döyüşməkləri möhtəşəm idi. 0:2-ni bizimkilər 3:2 etdi. Əsl drama budur!

Çempionlar Liqası başqa səviyyədi. Sadəcə qələbə deyil, möhtəşəm tarixdi. Pul çox önəmlidi, amma hər şey deyil.

Əsas ürəkdi! Möhtəşəm gecəyə görə təşəkkürlər!

Sevinc Nuruqızı, publisist:

- Mən məcburi köçkün olmamışam. Ağdam alınanda artıq iki il idi ki, Bakıda, öz şəxsi evimdə yaşayır və işləyirdim. Heç vaxt da feysbukda olan paylaşımlara yazılan rəyləri oxumamışam. Buna nə həvəsim, nə də vaxtım olub. Bir neçə gündür məlum söz-söhbətlə əlaqədar edilən paylaşımlara və onlara gələn rəylərə diqqət edirəm. O qədər dərin sarsıntı içindəyəm ki. İçimizdəki nifrət nə imiş?! Bu nifrəti illərdir necə gəzdirirmişik qəlbimizdə?! Bir xalqın içində ikiyə bölünmək nə böyük dərd imiş?! Mən yenidən nəyi isə itirdiyimi bütün ruhumla hiss etdim. Sandım ki, Qarabağdan daha böyük itkim oldu. Düşündüm ki, bu, daha sarsıdıcı işğaldır. Öz içində özününkülərin bu qədər amansızlığı daha dözülməzdir. Düşündüm ki, bizi sınadılar. Əvvəllər yumurta döyüşdürən uşaqlar yumurtanın bərkliyini dişlərinə vurub yoxlayardılar. Bax elə. Kimsə bizi dişinə vurdu. Kimsə çat verdiyimiz yeri tapdı. Kimsə şəhidliyimizin və şahidliyimizin heysiyyatını tapdaladı... O rəyçilərin içində atəşli antiköçkün siyasəti aparan müəllim də vardı... İlahi, bu 30-32 ildə onun dərs dediyi siniflərdən nə qədər uşaq gəlib keçib. Bu mənəviyyatımı aşılayıb?! O rəy yazanların içində alim də var idi, həkim də, hakim də, rəssam da, dülgər də, xarrat da. Onların içində biz var idik. Biz. Yazımda bir nöqtə qədər pafos yoxdur. Bu, sadəcə, təəssüfdən yaranan inamsızlıq, etibarsızlıq, düşkünlükdür. Hisslərimi ifadə edə bilməmək qorxusudur. Hara getdiyimizi görməkdən gələn narahatlıqdır.

Dayanın! Özünüzü suya çəkin. Durulayın, kininizi-küdurətinizi şəhid balaların pak ruhuna bağışlayın. Bölünməyin. Yerliyə, köçkünə, yerlibaza, gəlməyə bölünməyin. Unutmayın ki, bu bizik. Yaxşısı da bizik, pisi də. Kiminsə evini zəbt edən də bizik, kimdənsə ötrü özünü güllə qabağına atan da. Bəlkə bu rəyləri təkcə mən oxumuram, sizin evdə böyütdüyünüz övlad oxuyur, dərs dediyiniz şagird oxuyur, dissertantınız, opponenti olduğunuz biri, məqaləsinə mənfi rəy verdiyiniz gənc oxuyur, gəlininiz, qızınız oxuyur. Yaxşı, birimiz səhv etdik, ağzımıza və ağlımıza gələni dedik, bəs yüzümüz, minimiz?! Başlıbel, Xocalı, Qaradağlı faciələrini yaşayanlardan biri oxusa, utanmazsınızmı?! O hadisələrin bir anını yaşayın, bir gecə sümükləri parça-parça olmuş uşaqla soyuq mağarada gecələyin, bir an süd verdiyiniz uşağın döşü kəsilmiş anası olun, bir gün yanıb tökülmüş evinin divarları arasında hönkürən bir qadın (kişi) olun, çalışın yay günlərinin bircəciyini səhraya atılmış vaqonda və yaxud soyuq qış gecəsini divarlarından su süzülən çadırda keçirmənin dəhşətini keçirəsiz canınızdan, cəhd edin, ermənilərin növbə ilə zorladığı bir gənc qız olasız, bircə saniyəliyə... Düşünün ki, ağappaq sinənizə odlu dəmirlə xaç şəkli basırlar, ölmüş körpənizi həyətinizdəki alça ağacına etibar edib çıxırsınız, ayaqları donmuş ananızı kürəyinizdə daşımağa taqətiniz çatmır... Düşünün ki, şəraitsiz evlərdə, yataqxana, məktəb, baxça divarları arasında rəngləri görmədən 30 il yaşayırsınız. Eviniz damdığı üçün yağışdan zəhləniz gedir, dörd divar arasında üfunətli dəhlizlərdən dolan iy içində yaşadığınız üçün istidən. Düşünün ki, işsiz, evsiz, paltarsız, qabsız-qacaqsız hansısa bir qərib şəhərin küçələrini veyil-veyil gəzir, sabah körpənizə nə yedirdəcəyinizi bilmirsiz. Düşünün ki, arxada itirilmiş yurdunuz, öldürülmüş körpəniz, param-parça arzularınız qalıb. Düşünün ki... Nə isə... Düşünməli çox şeylər var. Amma hər şeydən öncə düşünün ki, 44 gün YUMRUQ kimi birləşmiş bir XALQı parçalayırsız! Məncə, bu, bizə bir dərs oldu. İmtahan oldu. Bir daha anladıq ki, torpağımızı işğaldan azad etsək də, qəlblərimiz hələ də işğal altındadır.

P.S. Mən təhsil yetkilisi olsaydım, sertifikasiyadan keçməmiş müəllimləri deyil, rəyində vətəndaşlıq mövqeyini unudub üfunətli şəxsi hisslərini nümayiş etdirən müəllimləri təhsildən kənarlaşdırardım. Bircə-bircə rəyləri incələyər və xalqdan qopan dərs verənlərdən arındırardım təhsili.

Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru:

- Yusif Səmədoğlu xatirələrində yazırdı ki, "biz ailəliklə Kislovodskda olanda Üzeyir bəy də Yessentukidə dincəlirdi. Atam onunla görüşə gedəndə bacım Aybənizi, qardaşım Vaqifi, məni də özü ilə apardı. Əvvəldən də Üzeyir bəylə görüşəndə onun əlindən öpməyimizi tapşırdı, biz elə də etdik. Atam, Üzeyir bəy israr etsə də, onunla danışdığı müddətdə əyləşmədi". 

Bu, Səməd Vurğunun Üzeyir bəyin həm şəxsiyyətinə, həm istedadına, ümumilikdə böyüklüyünə olan ehtiramı idi. Üzeyir bəy bu gün 140 yaşında yenə həmin ucalıqdadır. Bu gün də biz onu ayaqüstə dinləyirik. İclas salonlarında, idman meydanlarında, təlim-tədris ocaqlarında, himnimiz səslənən hər yerdə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see195

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see149

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see128

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri