Icma.az
close
up
RU
İndi hər şey Azərbaycanın xeyrinədir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İndi hər şey Azərbaycanın xeyrinədir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mir Səməd, bloger:

- Bəsti Bağırova, Sürəyya Kərimova, Şamama Həsənova,  Xuraman Abbasova, Sevil Qaziyeva, Qızqayıt Həsənova...

Zəhmətkeş qadınlar, əmək qəhrəmanları.

Vaxt vardı bu xanımların adları dillər əzbəri idi.

Haqqında poemalar yazılır, mahnılar qoşulur, filmlər çəkilirdi.

Radio və televiziyada onların əməyi tərənnüm olunurdu.

Bayram tədbirlərinin, konsertlərin fəxri qonaqları idilər.

O zaman əmək, zəhmət anlayışları uca tutulurdu.

İndi isə baxırsan bəzi televizya kanallarına, efirlərə elə adamları çıxarırlar ki... Adam utanır, xəcalət çəkir.

Günel Natiq, yazar:

- "Terminal" filminə baxdım, filmin qəhrəmanı 9 ay aeroportda qalmalı olur. Sən demə, reallıqda da tranzit zonada aylarla, hətta illərlə müxtəlif səbəblərdən yaşamağa məcbur qalan insanlar olub.

Məsələn, bürokratik maneələrə görə vətəninə dönə bilməyən bir qadın 6 ildən çox Milan hava limanında yaşayıb!

Bir alman mühəndisi pulları tükəndikdən sonra 4 il boyunca Mayorka hava limanında məskunlaşıb.

Estoniyalı Roman Trofimov isə 2020-ci ildə Filippinə uçduqdan sonra ölkənin koronavirus səbəbilə bağlanması və digər texniki səbəblər üzündən vətənə qayıda bilmədiyindən Manila hava limanında 109 gün yaşamalı olub!

Aeroportda qalmağa heç kimə rəsmi icazə verilmir, bəs qalanlar niyə qala bilib?

Çünki onların vəziyyəti hüquqi boşluq yaradır. Yəni ölkə onları qəbul etmir, geri göndərmək üçün sənəd yoxdur, üçüncü ölkələr isə qəbul etmir!

Elşad Miri, ilahiyyatçı:

- Roma Papası XIV Leo ilk xarici səfərini Türkiyəyə etdi. Bunun əsas səbəbi 325-ci ildə hazırda Türkiyə ərazisində yerləşən Nikeyada - İznikdə həyata keçirilən Birinci Kilsə Məclisi idi. Katoliklərin Papası Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə gəlmişdi.

Bəs həmin məclisi qısa necə xülası etmək olar? İsa peyğəmbərdən 3 əsr sonra həyata keçirilən bu məclis, bu şura əslində İsa peyğəmbərin təlimiylə mövcud xristianlığın əlaqələrinin kəsilməsinin səbəbidir. İznik İsa peyğəmbərə tanrı məqamın rəsmiləşdirildiyi məclisdir.

Şəhla Cabbarlı, jurnalist:

- 1453-cü ildən sonra Türkiyədə Roma Papasının iştirakı ilə ilk dəfə geniş katolik ayini keçirildi.

Papa gəldi, rəsmi görüşdən sonra   İznik şəhərinə getdi.

Bu şəhər eramızın əvvələrində, Bizans dövlətində xristianlığın mərkəzi idi. Burada 325-ci ildə  tarixdən bildiyimiz "Nikeya Kilsə məclisi" keçirilmişdi.

Həmin məclisdə Şərqi Roma, yəni Bizans İmpertoru Konstantin xristianları bir yerə yığaraq, dini siyasətə gətirdi.

Burada bir sıra qərarlar qəbul edilmişdi. Onlardan bir də İsanın əslində Tanrı olduğu, sadəcə insan bədəninə büründüyü elan edildi, belə bir inanc formalaşdırıldı. Bu gün o məclisin 1700 illiyi qeyd edildi.

Osmanlı qurulana kimi ən güclü ayinlər İznik şəhərində keçirilirdi.

Osmanlı dövləti dağıldıqdan sonra isə, 1925-ci ildə Roma Papası Mustafa Kamal Atatürkə müraciət etmiş və Atatürk bu ayinlərin keçirilməyinə icazə verməmişdi.

Niyə?

Səbəbləri vardı. Vatikanı uzaq tutmaq istəyirdi.  

Bu il dünyasını dəyişən eks-Papa  Fransisk son ayinlərdən birində demişdi ki, dəniz düşüncələrimi İstanbula aparır. Ayasofiyanı düşünürəm və dərindən kədərlənirəm.

Xristian dünyası, xüsusən Vatikan 1453-dən bəri hər gün İstanbulun,  geri qaytarılmağı üçün nələrsə etməyə çalışır.

Gah din yolu ilə, gah medianı, siyasətçiləri ələ almaqla, gah bəzi təşkilatları maliyyələşdirməklə, elm adamlarına "tarix" yazdırmaqla və s. bir qarışıqlıq yaratmaq, Türkiyəni çökdürmək niyyətindədirlər.

Atatürkün icazə vermədiyi mərasimə 100 il sonra Ərdoğan niyə icazə verdi? Maraqlıdır.

Amma gördüyüm qədəri ilə Roma Papasına İznikə getməmişdən qabaq bir ilahi dinlətdilər. Orada deyilən sözlər isə daha çox maraqlı idi.

Asif Nərimanlı, jurnalist:

- AXCP sədri Əli Kərimli və digər müxalifət nümayəndələrinin saxlanılmasında vaxtilə mövcud olmuş "Milyarderlər ittifaqı" və Milli Şuranın əməkdaşlığı əsas şübhəli məqam olaraq vurğulanır. Detalları istintaq müəyyənləşdirəcək, hərçənd, 2013-cü il hadisələrini izləmiş siyasi-ictimai cameədə olanlar bu əməkdaşlığın mövcudluğunu təsdiq edər.

2013-cü ildə regionda yaranmış situasiya Rusiyanın maraqlarına uyğun idi. Əsas diqqəti Yaxın Şərqə yönələn ABŞ Gürcüstanda Rusiya ilə anlaşdı: Saakaşvilini göndərdilər və prezident qərbyönümlü, Baş nazir rusiyayönümlü, daha dəqiq desək, Moskvaya loyal münasibət bəsləyən fiqur olmaqla hakimiyyət bölgüsü aparıldı.

Ermənistanda forpostunu saxlayan, Gürcüstanda möhkəmlənən Rusiyaya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək üçün Azərbaycan lazım idi. Obama Administrasiyasının "soyuq münasibəti" rəsmi Bakının Moskva qarşısında mövqelərini zəiflədirdi və həmin vaxt FETÖ-yə görə əsas diqqəti daxilə yönəlmiş Türkiyənin bölgəyə təsir imkanları da indiki qədər deyildi. Rusiya üçün münbit şərait yaranmışdı.

Və 2013-cü il prezident seçkilərindən öncə çevriliş planını həyata keçirmək üçün Moskvada azərbaycanlı biznesmenlərdən ibarət "Milyarderlər ittifaqı" yaradıldı. Moskva İvanişvilinin timsalında Tbilisidə tətbiq etdiyi ssenarini Baş nazirin keçmiş müavini Abbas Abbasovun kuratorluğu ilə bir araya toplaşan milyarderlərdən ibarət ittifaqla həyata keçirmək istəyirdi. Azərbaycan daxilində isə bu prosesi açıq şəkildə, mətbuatın önündə dəstəkləyən müxalifətin birləşdiyi Milli Şura icra edirdi.

Müxalifətin prezidentliyə vahid namizədi seçilən Rüstəm İbrahimbəyovu Bakıda təntənə ilə qarşılayacaqdılar, lakin "ikili vətəndaşlığı" ortaya çıxandan sonra İbrahimbəyov gəlməkdən imtina etdi. Daha sonra Cəmil Həsənlinin vahid namizədliyi üzərində dayandılar. Müsavat Partiyasının qərargahında vahid namizədin seçildiyi mətbuata açıq konfransların iştirakçısı kimi, dəfələrlə "Rusiya ordusu gəlsə də, təki bu hakimiyyət getsin" sözlərinin şahidi olmuşam. Hətta Milli Şurada təmsil olunan, etniklərin "mədəni muxtariyyətini", gerçəkdə hədəf "siyasi muxtariyyət" yolunun açılması idi, dəstəkləyənlər bu məsələni tez-tez dilə gətirir, bununla bağlı xüsusi proqramın qəbul edilməsini istəyirdilər. Bu da Moskvadan gələn direktivlərdən idi. Rusiya həmin vaxt Azərbaycana qarşı üç istiqamətdə xüsusi əməliyyat keçirirdi.

Birincisi, etnik kartı işə salmağa çalışırdılar: Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsinin "Sadval" məktubu mediada tirajlanıb.

İkincisi, azərbaycanlı miqrantların sıxışdırılması idi: Orxan Zeynalov işi bu məqsədlə ortaya atılmışdı;

Üçüncüsü, "Milyarderlər ittifaqı-Milli Şura" xətti idi;

Moskva maksimal hədəf kimi hakimiyyət dəyişikliyini, minimal hədəf kimi isə Bakıya təzyiq etməklə istədiklərinə nail olmağı düşünürdü. Maksimal hədəfə nail ola bilmədilər, hərçənd, Putinin gəmi ilə Bakıya gəlişi və Əliyevlə görüşü "Milyarderlər ittifaqı-Milli Şura" planının arxa fona keçməsindən xəbər verirdi. Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməyə ümid edən Milli Şura ortada qaldı.

Bu kontekstdə Əli Kərimli və digərlərinin saxlanılmasında gündəmə gələn "Milyarderlər ittifaqı" - Milli Şura amili reallığa əsaslanır, hər şey açıq mənbələrdə var (Detallar kifayət qədər genişdir).

Məsələnin niyə indi hüquqi müstəviyə gəlməsinin siyasi tərəfləri də aydın görünür: 2013-cü ildə regionda hər şey Rusiyanın xeyrinə idisə, indi Azərbaycanın xeyrinədir!

Xaqani Səfəroğlu, jurnalist:

- "Çürük və yarımçıq dövlətlər"in vətəndaşları, psixi xəstələr, quldurlar Amerikaya gəlib" - Tramp milyonlarla miqrantı ölkədən qovacağını bəyan edib.

"Ölkəmizin ən pis "konqres üzvü", həmişə hicabda gəzən İlhan Ömər ABŞ-a qanunsuz olaraq gətirilib. O, ölkəmizdən, onun Konstitusiyasından və onunla necə "pis" rəftar edildiyindən qəzəblə şikayət etməkdən başqa bir şey etmir. Baxmayaraq ki, onun gəldiyi ölkə, mənşəyi çürümüş, geridə qalmış, cinayətkarlıqla dolu bir ərazidir. Hökumət, ordu, polis, məktəb və s. olmaması səbəbindən əslində heç ölkə belə deyil".

Yeganə Hacıyeva, politoloq:

- Kölgədə formalaşdırılmağa çalışılan siyasi arxitekturanın parametrlərini müəyyən edən bir neçə sual var.

Onlardan ikisi belə səslənir:

1. Hansı halda "Dövlət Şurası" adlı paralel struktur hərəkətə keçəcəkdi?

2. Paralel strukturun qərarlarını legitimləşdirəcək orqan hansı olacaqdı? 

İstintaq irəlilədikcə, birinci suala dair mühüm məlumatlar ortaya çıxacaq.

İkinci suala gəlsək, ona cavab axtarışı bizi son bir il üç ayda ən çox müzakirə edilən məsələ -parlamentin şübhəli tərkibi - ilə üz-üzə qoyur.

Növbədənkənar seçkilərdə:

- kənar maraqların daşıyıcısı  qruplara aid,

- siyasi cəhətdən təcrübəsiz,

- ictimai legitimliyi olmayan,

- kompromat riskləri yüksək olan,

- idarəolunan, asılı və ən əsası loyallığı ciddi şübhə doğuran, eyni zamanda isə şəxsi ambisiyaları yüksək olan şəxslərin parlamentə gətirilməsi suallar yaratmışdı.

Belə tərkib təsadüfi görünmürdü və parlament ilk gündən struktural baxımdan məqsədyönlü şəkildə formalaşdırılmış institusional zəiflik təsiri bağışlayırdı.

Bu konfiqurasiyada parlament manipulyasiya olunmaya açıq, siyasi təsir altına düşmək üçün əlverişli, istənilən qərarı sürətlə və sualsız qəbul etməyə hazır, legitimlik görüntüsü yaradan formal mexanizma kimi görsəndi.

Müşahidələrə əsasən, parlamentin belə idarəolunan şəkildə formalaşdırılması onu paralel strukturların legitimləşdirmə mexanizminə çevrilmək, istənilən antimilli təşəbbüsləri "qanuni qərar" adı altında təsdiqlənməsini asanlaşdırmaq məqsədi güdülürdü.

P.S. Və əlbəttə ki , Allah oyun pozandır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri