Icma.az
close
up
RU
Azərbaycanın düşməninə Kremldə vəzifə verilib

Azərbaycanın düşməninə Kremldə vəzifə verilib

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezident yanında Millətlərarası Münasibətlər Komissiyasının sədri Ara Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb

Moskvada Prezident yanında Millətlərarası Münasibətlər Şurasının İnformasiya Təminatı və Beynəlxalq Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclası komissiyanın sədri və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan açıb.

O, komissiyanın yeni tərkibinin millətlərarası münasibətlərdə yeni məsələləri və müasir çağırışları həll etməyə imkan verəcəyini bildirib.

İclasda iştirak edənlər arasında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov, Millətlər üzrə Federal Agentliyin nümayəndəsi İvan Vlasov, Rusiya Prezident Administrasiyasının, Moskva Hökumətinin Millətlər Şurasının, milli mədəni birliklərin nümayəndələri iştirak ediblər.


Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir. 

Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü.  O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı. 

Ara Abramyan 2026-cı ilin iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini də açıqlayıb. Abramyan Paşinyan hökumətini sərt tənqid edərək deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib, ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir, Ermənistanın borcunu artırır. “Son yeddi ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib”. Belə mənfi reputasiyaya, regionda sülhə qarşı olan birinin Rusiyada “millətlərarası münasibətlərin” tapşırılması haqlı suallar doğurur.

Qeyd edək ki, Rusiya prezidenti ötən ilin sonunda onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri