Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Putin Azərbaycanın düşməninə niyə orden verdi?

Putin Azərbaycanın düşməninə niyə orden verdi?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin mədəniyyət, elm və digər sahələrdə fərqlənən xadimlərə ən yüksək dövlət mükafatlarını təqdim edib.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin Yekaterina zalında baş tutan mərasimdə mükafatlandırılanlar arasında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan da olub. Rusiya prezidenti onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir.

Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı.

Ara Abramyan 2026-cı ilin iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini açıqlayıb. Abramyan Paşinyan hökumətini sərt tənqid edərək deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib, ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir, Ermənistanın borcunu artırır. “Son yeddi ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib”. Bu hadisələr fonunda Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun İrəvanın mərkəzində yerləşən torpaq sahəsini müsadirə edib. 2860 kvadrat metrlik torpaq sahəsi Abramyana məxsus “Soqlasie–Armenia” şirkətindən müsadirə edilərək İrəvan meriyasının mülkiyyətinə verilib.

Belə mənfi reputasiyaya, regionda sülhə qarşı olan birinin Rusiyanın birinci şəxsi tərəfindən ödülləndirməsi ciddi suallar doğurur. /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri