“Sosialyönümlü xərclərin dövlət büdcəsindəki çəkisi artırılır”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2% çox olmaqla 18,7 milyard manat təşkil etməsi nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələri barədə məlumat verərkən bildirib.
O qeyd edib ki, 2027-ci ildə də dövlət və icmal büdcələri sosialyönümlüyünü saxlayacaq.
“Sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2%-ə yüksələcəyi gözlənilir. Gələn ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin isə 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır”.
Baxış sayı:61
Bu xəbər 05 Noyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















