Kənan Mahmudov: “Qadın o zaman ucalır ki…”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İndi ailə dəyərləri demək olar ki, itib- batır. Sivil cəmiyyət deyə- deyə kökümüzdən qopuruq. Mən demirəm müasirlik pisdir. Əksinə, dünyaya inteqrasiya etmək gözəldir. Amma müsbət keyfiyyətlərlə, elmlə, mədəniyyətlə dünyaya çıxmaq gözəldir. Bəzən gənc qızlara baxıram məyus oluram. Mən vətənimin gənclərin belə görmək istəmirəm. Gələcəyin anaları savadlı, dünyagörüşlü, milli dəyərlərə bağlı qızlar olmalıdırlar”.
Bu sözləri Adalet.az-a açıqlamasında rejissor, aktyor Kənan Mahmudov söyləyib:
“İnsan aid olduğu yerdə kim olduğunu bilməlidir. Dayandığımız nöqtədə bizim vəzifəmiz nədir? Bunu çoxları bilmir. Ailə dəyərlərimiz bir çox hallarda müasirliyi təbliğ edən gənclərin vasitəsiylə itib- batır. Ailədə qadınla kişinin yeri bəlli olmayınca heç bir ailə dəyərindən danışmaq olmaz. İndi qadın- kişi bərabərliyindən danışırlar. Bu mümkünsüzdür. Allah qadınla kişini fiziki olaraq fərqli yaradıbsa, necə ola bilər ki, onlar eyni olsun? Eyni olmadığı halda necə bərabərhüquqlu ola bilərlər? Sizcə, bu mümkündür? Kişi sadəcə evində xanımına hörmət etməlidir, onu dəyərli bilməlidir. Kişinin böyüklüyü də burda bilinir. Qadın da o zaman ucalır ki, o dəyəri qiymətləndirir”.
Əntiqə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















