Icma.az
close
up
RU
Azərbaycanın ən böyük fotostudiyası Selfie Land Muzeyi

Azərbaycanın ən böyük fotostudiyası Selfie Land Muzeyi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Burada uşaqdan böyüyə hər kəs şəkillər çəkdirir və əylənirlər. XXI əsrin ən maraqlı ixtiralarından biri olan bu muzey dünyanın bir çox yerində fəliyyət göstərir. Amerika, İtaliya,Türkiyə bə başqa ölkələrin iri şəhərlərini bəzəyən bu məkan bura gələn ziyarətçilərin diqqətini özünə cəlb edir. 

Bakının Yeni Yasamal ərazisində yerləşən “Selfie Land Muzeyi” isə rəngarəng və möhtəşəm ab-havası ilə fərqlənir. Bu məkan təkcə, foto çəkilişlər üçün nəzərdə tutulmayıb. Bura gələnlər həm də, özlərini xatirələrdə əbədiləşdirirlər. Nəzərə alsaq ki, günümüzdə sosial şəbəkələr daha çox inkişaf edib, belə fotoların çəkilməsi və paylaşılması cəmiyyət içində daha çox maraq doğurur. 

Muzeyi və məkan haqqında deyilənləri canlı görmək üçün buraya üz tutdum. Burada bir-birindən rəngli dekorlar - içərisində nəhəng oyuncaq ayı olan çəhrayı rəngli qatar vaqonu, bir anlıq moda dünyasına səyahət etmək üçün məşhur “Vogue” jurnalının üz qabığı olan guşə, xalqımızın milli bayramı olan “Novruzu” təmsil edən, tarixi xalça növləri ilə bəzədilmiş dekor, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş ad günü dekorları və başqa maraqlı selfie məkanlarının şahidi ola bilərsiniz. Çəkilişlərinizi daha unudulmaz və yaddaqalan etmək üçün fotoqraf xidmətindən də istifadə etmək mümkündür. 

Muzeyin idarə edilməsində əsas rolu olan Vüqar Yusifov bizi daha fərqli dekorlarla da tanış etdi və 2023-cü ilin aprel ayında yaradılmış bu qeyri-adi muzeyin bir neçə şəxsin əməyi nəticəsində ərsəyə gəldiyini dedi:

-Məsələn, burada gördüyünüz dekor məktəbli uşaqlar üçün nəzərdə tutulub. Daha çox vinetka çəkilişləri olur. Müxtəlif mövzuda və formatda kliplər çəkdirmək üçün guşə ilə də tanış ola bilərsiniz. Həm icarə əsasında, həm də muzey tərəfindən kliplər ərsəyə gətirilir. Sosial şəbəkələrdə məşhur olan əksər bloggerlər də burada kiçik video çəkilişlər aparırlar. Ad günləri üçün olan yellənçək və ağac dekoru da xüsusi diqqət çəkir. Əlvan güllər və çiçəklərlə bəzədilmiş sadə dekorlardan da istifadə olunur. Onu da vurğulamaq istərdim ki, muzeydə çəkilişlər aparmaq üçün xüsusi geyimlər də muzey tərəfindən ziyarətçilərə təqdim olunur.

Sonda fotolarımızı telefonlarımızın yaddaşına köçürdük və xoş təəsuratlarla oradan ayrıldıq.  

Qeyd edək ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Fidan SALMANOVA

Gülnar MURADZADƏ (foto)

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri