Icma.az
close
up
RU
Azərbaycanın ekoloji siyasəti və COP29 Yaşıl gələcəyə doğru addımlar

Azərbaycanın ekoloji siyasəti və COP29 Yaşıl gələcəyə doğru addımlar

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib.

Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti daha da artırıb. "Ekologiya ili" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət  başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayılır.

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov bildirib ki, ökəmizin milli inkişaf strategiyasında ətraf mühitə təsir və onun qorunması əhəmiyyətli bir yer tutur:

"Son onilliklərdə ekologiya və ətraf mühitin mühafizəsi məsələsi Azərbaycan üçün əsas prioritet sahələrdən biri olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər, inkişaf etməkdə olan ölkənin müasir dövrə uyğun ekoloji siyasətini təmsil edir. Ətraf mühitin mühafizəsi yalnız ekoloji deyil, eyni zamanda sosial və iqtisadi sahələrdə də mühüm yer tutan bir məsələdir. Azərbaycan, beynəlxalq aləmdə daha mütərəqqi və güclü bir mövqeyə sahib olmaq məqsədilə, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Ölkəmizin milli inkişaf strategiyasında ətraf mühitə təsir və onun qorunması əhəmiyyətli bir yer tutur. Azərbaycanın Milli Adaptasiya Proqramı və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Proqramı bu sahədəki fəaliyyətin əsas çərçivələrini təşkil edir. Bu sənədlər, ətraf mühitin qorunması ilə bağlı həm hüquqi, həm də praktik yanaşmaları müəyyənləşdirir və müxtəlif idarəçilik qanunvericilik aktları ilə dəstəklənir. Bu cür hüquqi əsaslar, Azərbaycanın ekologiya siyasətinin daha effektiv və ardıcıl həyata keçirilməsini təmin edir.

Bu sahədə görülən işlər çoxsaylıdır və həqiqətən təqdirəlayiqdir. Ölkəmizdə təbii sərvətlərin qorunması, bərpa olunan enerji mənbələrinin inkişafı, su ehtiyatlarının səmərəli istifadəsi, biomüxtəlifliyin qorunması və tullantıların azaldılması kimi vacib məsələlərə xüsusi diqqət yetirilir. Bununla yanaşı, Azərbaycanın ekoloji problemləri ilə mübarizəyə töhfə vermək məqsədilə beynəlxalq əməkdaşlıq da artırılmaqdadır. 

Azərbaycanın 2024-cü ili "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan etməsi də bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu təşəbbüs, ölkəmizin ətraf mühitin qorunması və davamlı inkişaf sahəsindəki irəliləyişlərini daha da möhkəmləndirəcək və dünya miqyasında bu məsələyə olan diqqəti artıracaq. Bu il ərzində həyata keçiriləcək layihələr və tədbirlər, həm yerli, həm də beynəlxalq səviyyədə ətraf mühitə yönəlik həssaslığı artırmağa xidmət edəcək".

Rövşən Abbasov onu da qeyd edib ki, COP29 kimi böyük tədbirin Azərbaycanda keçirilməsi yerli və beynəlxalq səviyyədə ətraf mühit məsələlərinə daha çox diqqət ayrılmasına səbəb olacaq:

"Müasir dövrün ən böyük ekoloji hadisələrindən biri olan COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransı), 2024-cü ildə Azərbaycanda keçirildi. Bu tədbir, ölkəmiz üçün tarixində bir ilkdir və həm regional, həm də qlobal ekoloji siyasətdə yeni trendlərin inkişafına təkan verəcək. Bu tədbirin Azərbaycan torpağında keçirilməsi, ölkəmizin ətraf mühit sahəsindəki strateji mövqeyinin gücləndirilməsi üçün böyük bir fürsət yaradır. COP29-un Azərbaycanda keçirilməsi, yerli və beynəlxalq səviyyədə ətraf mühit məsələlərinə daha çox diqqət ayrılmasına səbəb ola bilər. Bu tədbir, ölkənin ekoloji problemləri və potensial həlləri haqqında daha geniş bir müzakirə başlatmağa imkan verəcək.

Bununla yanaşı, qlobal iqlim siyasətində və dayanıqlı inkişafda Azərbaycanla əməkdaşlığın artması mümkündür. Müstəqilliyini çox da keçmişdə əldə etməyən bir dövlətin bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi, həm də onun regional güc olaraq əhəmiyyətini artırır. 

COP29-un xüsusi əhəmiyyəti onun "maliyyə COP-u" olaraq tarixə düşməsidir. Burada iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı dünya miqyasında böyük maliyyə resurslarının toplanması gözlənilir. Bu, həm inkişaf etməkdə olan ölkələrin, həm də inkişaf etmiş ölkələrin ekoloji tədbirlər üçün maliyyə dəstəyini artırmasına imkan yaradacaq. Azərbaycanın bu tədbirdə əldə edəcəyi təcrübə, gələcəkdə ölkəmizin ekoloji layihələrinə və beynəlxalq əməkdaşlığa böyük təsir göstərəcək.

Azərbaycanın COP29-da aktiv iştirakının ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcəyini düşünürük. Eyni zamanda, bu tədbir, ekoloji maarifləndirmə və təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün zəmin yaradacaq. Çünki ekoloji dəyişikliklərin təməlində maarifləndirmə, yerli icmaların bu prosesə cəlb edilməsi və ekoloji biliklərin artırılması dayanır.

COP29-un nəticələri həm də Azərbaycanın gələcəkdə daha yaşıl və dayanıqlı bir cəmiyyətə çevrilməsi yolunda atacağı mühüm addımları formalaşdıracaq. Bu tədbir, ölkəmizin davamlı inkişaf modelini beynəlxalq səviyyədə təqdim etməsi üçün böyük bir platforma olacaq və Azərbaycanın ekoloji inkişaf istiqamətindəki addımlarını daha da sürətləndirəcəkdir".

Fidan Əliyeva

6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri