Icma.az
close
up
RU
Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 18 sentyabr, AZƏRTAC

Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksək səviyyəli platforma kimi tanınır.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvətilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.

Diplomat çıxışında Azərbaycanın müstəqilliyin bərpasından sonra “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyduğunu, regionu Qərb şirkətləri üçün açdığını və uzunmüddətli strateji tərəfdaşlıqların təməlini atdığını bildirib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirdiyi, həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcminin ildən-ilə artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Azərbaycanın qaz ixracı rekord həddə - 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Vurğulanıb ki, Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, kəskin təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.

N.Ağayev bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, onlardan 11-i Avropadadır, 9-u isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsinin göstəricisidir.

Azərbaycanın Almaniya ilə əməkdaşlığının da xüsusi önəm daşıdığını vurğulayan diplomat, “Uniper” və SEFE şirkətlər ilə illik ümumilikdə 3 milyard kubmetr qaz idxalını nəzərdə tutan uzunmüddətli müqavilələrin mövcud olduğunu xatırladıb.

Səfir, həmçinin qlobal geosiyasi risklərə və təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Azərbaycanın heç bir tədarükü dayandırmadığını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflamasının və birgə bəyanat imzalamasının regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyacağını bildirib.

Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavattdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalandığı qeyd edilib. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq, Avropanın enerji keçidində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Təqdimatdan sonra səfir moderatorun suallarını cavablandıraraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi, alternativ enerjinin inkişafı, Bakının ev sahibliyi etdiyi COP29-un nəticələri və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri