Icma.az
close
up
RU
Azərbaycanın ərazi bütövlüyünə qarışmaq Almaniya üçün yaxşı nəticə vəd etmir AÇIQLAMA

Azərbaycanın ərazi bütövlüyünə qarışmaq Almaniya üçün yaxşı nəticə vəd etmir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Almaniya tərəfindən belə bir addımın atılması, Bakı və Berlin arasındakı münasibətlərin kəskinləşməsinə səbəb olur:

"Nəzərə alaq ki, Almaniya müharibə dövründə birtəfliyini qorumuş tək-tük Avropa ölkələrindən biridir. Almaniya Cənubi Qafqazda düzgün mövqe seçə bilər və Almaniya Azərbaycan ilə münasibətlərə önəm verir. Xüsusilə Almaniyanın hazırkı Prezidenti Frank Valter-Ştaynmayer uzun müddət bu ölkənin xarici işlər naziri olub. Dəfələrlə Almaniyanın baş diplomatı Cənubi Qafqaza səfərlər edib. Azərbaycanla münasibətlər normal formada inkişaf edib. Buna baxmayaraq, belə təcrübəli bir diplomatın belə bir səhv etməsi həqiqətən də düşündürücüdür. Bu, onu göstərir ki, Almaniyada erməni diasporu çox aktiv şəkildə fəaliyyət göstərir. Alman hökumətinə, Almaniya dövlət dairələrinə nüfuz etməyə çalışırlar. Bu, ümumilikdə böyük səhvdir. Almaniya Cənubi Qafqazda öz siyasi xəttini dəqiq şəkildə müəyyənləşdirməlidir".

Politoloq qeyd etdi ki,  Almaniya Prezidentinin Bakıya səfəri gözlənilir.

"Yəqin ki, Azərbaycan dövlət rəsmiləri ilə görüşdə bu məsələ müzakirə olunacaq. Almaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, sərt şəkildə etiraz bildirilib. Bundan sonra Almaniya Azərbaycandan rəsmi formada üzr istədi. Almaniyanın bölgədə iqtisadi maraqlarının olduğunu bilirik. Almaniya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Əməkdaşlıq etmək istəyirlərsə, buna xüsusi önəm verirlərsə, Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləməlidirlər. Azərbaycanın ərazi bütövlüyünə qarışmaq Almaniya üçün yaxşı nəticə vəd etmir. Bu, heç xoşagələn hal deyil. Prezident uzun müddət fəaliyyət göstərmiş diplomatdır. Diplomatın Azərbaycana qarşı belə bir səhv etməsi normal qəbul olunan deyil" - deyə Z.Əmrəliyev bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see154

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see153

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see149

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see137

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see121

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri