Icma.az
close
up
RU
“Tehran 43”, yoxsa “Bakı 43”? Məhşur filmin gizlinləri

“Tehran 43”, yoxsa “Bakı 43”? Məhşur filmin gizlinləri

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1943-ci il 28 noyabr - 1 dekabr tarixində İranın paytaxtında “Böyük üçlüy”ün sammiti keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi, yenə də Avropada “ikinci cəbhə”nin açılması barədə idi.

1981-ci ildə SSRİ, Fransa və İsveçrə birgə bu tarixin ən önəmli görüşünə həsr edilən “Tehran-43” filmini çəkir. Rejissorlar Aleksandr Alov və Vladimir Naumovdur. Filmdə məşhur fransız aktyoru Alen Delon, İqor Kostolevski və Natalya Beloxvostikova baş rolları ifa ediblər.

Filmin bir çox səhnəsi Bakıda, xüsusilə İçərişəhərdə çəkilmişdir ki, bura Tehran atmosferini canlandırmaq üçün istifadə olunub. Həmçinin filmdə Azərbaycan aktyorları Ələsgər Məmmədoğlu (Qulam Rza adlı kiçik bir obrazı canlandırıb) və Elxan Ağahüseynoğlu epizodik rollarda çıxış ediblər

İçərişəhərin dar küçələri, daş evləri və relyefi o dövrün Tehranı ilə demək olar ki, eynilik təşkil edirdi. O dövrdə İranda çəkiliş aparmaq siyasi cəhətdən çətin idi, Bakı isə həm Şərq ruhunu qoruyub saxlamışdı, həm də sovet kinematoqrafçıları üçün əlçatan idi.

Təqdim edilən fotoda maraqlı bir binanı görürsünüz. Bu bina XV əsrə aid olan İkitəbəqəli karvansaradır. Bəzən “Qasım bəy karvansarası” da adlanır. Keçmiş Varvarinskaya, indiki Həqiqət Rzayeva küçəsi öz memarlığı ilə 1940-cı illərin Tehranını vizual olaraq tam əvəz edə bilirdi.

Kadrlarda görsənir ki, bir qrup jurnalist Həqiqət Rzayeva küçəsi ilə “Böyük üçlüy"ün rəhbərləri ilə görüşmək üçün binaya aparılır. Filmdə “Böyük üçlüy”ün görüşdüyü yer kimi təqdim edilən bu bina əslində film üçün yaradılmış bir "illüziya" idi. Real tarixdə görüşlər SSRİ və Britaniya səfirliklərində keçirilmişdi, lakin kadrda bu karvansara daha əzəmətli görünürdü.

İçərişəhərdəki məşhur Qəni Məmmədovun evi və onun ətrafındakı aristokratik Şərq memarlığı filmdə varlı Tehran ailələrinin və ya diplomatik korpusun keçdiyi küçələr kimi istifadə olunub. Həmin binaların fasadlarındakı fars dilində olan reklam lövhələri və afişalar şəhərin görkəmini tamamilə dəyişmişdi.

Alen Delonun qəhrəmanı olan inspektor Foşun olduğu bəzi səhnələrin ev sahibliyini də məhz Bakının köhnə məhəllələri edib. Delon Bakıya gəlməsə də (onun səhnələri Parisdə çəkilib), onun dublyoru və ya oxşar planlar üçün Bakının küçələrindən istifadə olunub

Filmdəki bəzi Paris səhnələrinin bir hissəsi Bakıda, keçmiş Sovetski və Kubinka ətrafındakı Avropa üslublu binaların yanında çəkilib. Rejissorlar bəzi kadrları elə qururdular ki, küncdən görünən bir dar küçə həm Tehranı, bir az sonra isə başqa bucaqdan Parisi xatırlada bilsin.

Filmdəki kütləvi səhnələrdə istifadə olunan bir çox papaq, şal, bəzi mis qablar elə Bakının özündən, yerli əhalidən və teatrlardan toplanmışdı.

Filmdə alman kəşfiyyatının planları müzakirə olunarkən və ya tarixi arayışlar verilərkən belə bir fikir keçir:

“Bakı olmasa, bizim tanklarımız dayancaq, təyyarələrimiz isə uçmayacaq. Tehran isə Bakıya gedən yolun qıfılıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Yanvar 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri