Icma.az
close
up
RU
Azərbaycanın gözəlliklərini TikTok da kəşf edin Yerli səyahət yaradıcıların izi ilə

Azərbaycanın gözəlliklərini TikTok da kəşf edin Yerli səyahət yaradıcıların izi ilə

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Son illərdə TikTok səyahət həvəskarları üçün vizual bələdçiyə çevrilib. Qısa videolar vasitəsilə dünyanın müxtəlif yerləri haqqında məlumat almaq indi daha rahat və maraqlıdır. Azərbaycanda da bu tendensiya sürətlə yayılır. Yerli travel bloggerlər və kontent yaradıcılar TikTok vasitəsilə ölkəmizin tanınmış və az tanınan məkanlarını izləyicilərə təqdim edir. Onların çəkdiyi videolar təkcə izləmək üçün deyil, həm də ilham almaq üçündür. Azərbaycanlı TikTok səyahət məzmun yaradıcıları həm Bakının, həm də bölgələrin maraqlı yerlərini tanıdaraq izləyicilərə yeni kəşflər üçün ilham verir. Bəziləri daha çox şəhər həyatını və restoranları önə çıxarır, digərləri isə dağlar, meşələr və kəndləri lentə alaraq ölkəmizin təbii gözəlliklərini nümayiş etdirir. Onların çəkdikləri videolar həm informativ, həm də estetik baxımdan zəngindir.

Azərbaycanın gizli qalmış gözəlliklərini kəşf edin - @naturediscoveryaze

Bu hesabın yaradıcıları Azərbaycanın az tanınan, hələ kütləvi turizmin toxunmadığı bölgələrinə səyahət edir və izləyicilərə kəşf edilməmiş yerləri tanıdırlar. Təbii göllər, dağ yolları, kənd həyatının sadəliyi və yerlilərlə səmimi ünsiyyət — @naturediscoveryaze bütün bunları sənətkarcasına lentə alır. Onların videoları izləyicilərə yeni yerlər tanıtmaqla yanaşı, daxili turizmi də təşviq edir. Hesabdakı ən çox maraq toplayan videolardan biri Astaranın Sim kəndinə aiddir. Lənkəran-Astara bölgəsinin dağlıq ərazisində yerləşən bu kənd, sanki Azərbaycanın "itirilmiş cənnət"lərindən biridir. TikTok videosunda kəndə gedən dolama yollar, dumanlı meşələr, şəlalələrin səsləri və yerli sakinlərin təbiətlə harmoniyada yaşadığı səhnələr izləyiciləri dərhal ovsunlayır. Paylaşımdan sonra çoxsaylı izləyicilər bu kəndi xəritədə axtararaq ora səfər etməyi planladıqlarını yazıblar.

Bakının başqa tərəfi - @jeyhunla_birlikde

Əgər Bakıda yaşayırsınızsa və “görəcək yeni yer qalmayıb” deyirsinizsə, bu hesab sizə əksini sübut edəcək. @jeyhunla_birlikde Bakının az tanınan küçələrini, gizli qalan parklarını, məhəllələrini və kafe-kitabxana kimi maraqlı məkanlarını təqdim edir. Sadəcə turistik yerlərlə kifayətlənməyib, şəhərin gündəlik ritmini hiss etdirən görüntülər paylaşıb izləyicilərinə fərqli şəhər təcrübəsi yaşadır. Hesabında ən çox maraq və baxış toplayan videolardan biri Bakıda yerləşən tərk edilmiş, unudulmuş bir parka aiddir. Bu video ilə yaradıcı izləyiciləri şəhərin mərkəzindən uzaqlaşmadan, sanki vaxtda geriyə aparır.

Restoranlar, dadlar və gəzməli yerlər - @adarimay

@adarimay hesabı həm gözə, həm damaq dadına xitab edən videolarla fərqlənir. Bakının tematik restoranları, qədim məkanların müasir interpretasiyası, gəzinti üçün sakit parklar və açıq hava məkanları bu hesabda diqqətlə seçilərək təqdim olunur. Hesabının ən çox maraq toplayan və yadda qalan videolarından biri Azərbaycanın qədim sənətkarlıq nümunəsi olan şəbəkə sənətinin hazırlanma prosesini əks etdirən paylaşımdır. Burada ustanın ağac parçalarını heç bir mismar və yapışqan olmadan bir-birinə keçirdiyi anlar, hər kəsdə valehedici bir təəssürat yaradır. Hər xırda detalın böyük bir səbir və ustalıqla bir araya gəldiyi bu video sadəcə vizual olaraq göz oxşamır, həm də Azərbaycanın zəngin sənət irsi haqqında maarifləndirici bir mənbəyə çevrilir. Yaradıcı izləyicilərə bu sənətin tarixi kökləri, nə üçün bu qədər dəyərli olduğu və bu gün necə yaşadıldığı barədə qısa izahlarla məlumat da verir.

Rayonlarda unudulmaz kadrlar - @ayaz__kara

@ayaz__kara hesabı ilə Azərbaycanın bölgələrində unikal və rəngarəng görüntülərlə tanış olursunuz. O, təkcə məşhur turizm yerlərini deyil, həm də az tanınan kəndləri, tarixi məkanları və təbiət mənzərələrini paylaşıb, videolara yerli insanların gündəlik həyatını da daxil edir. Bu yanaşma izləyiciyə sanki həmin bölgəyə səyahət etmiş kimi bir təəssürat yaradır. Xüsusilə dağ yolları və meşə səhnələri izləyiciləri ekran qarşısında valeh edir. Bu hesabın izləyicilər tərəfindən “ən möhtəşəm” adlandırılan videolarından biri İsmayıllı rayonunda Ayaz Karanın velosiped sürdüyü və dron çəkilişləri ilə müşayiət olunan paylaşımdır. Bir çox izləyici bu videonun altına “haradadır bu yer?”, “bura həqiqətən Azərbaycandır?” kimi suallar yazaraq təəccüblərini və heyranlıqlarını ifadə etmişdi.


TikTok indi sadəcə əyləncə məkanı deyil, həm də səyahət planlarınızı formalaşdıracaq ilham mənbəyidir. Azərbaycanın yerli səyahət məzmun yaradıcıları ölkənin dörd bir yanını vizual hekayələrlə təqdim edərək, sanki hər izləyiciyə “gəl, bir yerdə kəşf edək” deyirlər. Əgər siz də yeni yerlər axtarırsınızsa, bu yaradıcıların izinə düşərək Azərbaycanın gözəlliklərini öz gözlərinizlə görə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri