Icma.az
close
up
RU
Azərbaycanın güclənən iqtisadi potensialı

Azərbaycanın güclənən iqtisadi potensialı

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərin mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyinin tam təmin olunması və bu sahədə formalaşdırılan böyük potensialın ölkənin davamlı inkişafına yönəldilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan əvvəllər enerji resurslarına olan daxili tələbatını təmin etmək üçün xarici mənbələrdən asılı vəziyyətdə olduğu halda, bu gün həm öz enerji təhlükəsizliyini təmin edir, həm də mühüm enerji ixracatçısına çevrilib.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişaf modelində baş verən mühüm dəyişiklikləri bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında ölkədə qazlaşmanın səviyyəsinin 96 faizə çatdığını və Azərbaycanın 25 milyard kubmetrdən çox qaz ixrac etdiyini diqqətə çatdırdı.
Bu göstəricilər yalnız enerji sektorunun deyil, bütövlükdə milli iqtisadiyyatın dayanıqlığının mühüm indikatorudur. Çünki enerji təminatının sabitliyi sənayenin inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, investisiyaların cəlb olunması və qeyri-neft sektorunun genişləndirilməsi üçün fundamental şərtlərdən biridir. Prezidentin çıxışında da vurğulandığı kimi, ölkədə elektrik enerjisi ilə bağlı əsas məsələlər həll edilib, kifayət qədər güclü generasiya potensialı yaradılıb və gələcəkdə elektrik enerjisinin ixracının daha da genişləndirilməsi imkanları mövcuddur.
Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr təsadüfi deyil. Son iki onillik ərzində həyata keçirilən iri infrastruktur layihələri ölkənin enerji sisteminin yenilənməsinə, qazlaşdırmanın genişləndirilməsinə və enerji istehsal imkanlarının artırılmasına şərait yaradıb. Bu gün əldə olunan nəticələr isə növbəti mərhələdə enerji resurslarının daha yüksək əlavə dəyər yaradan sahələrin inkişafına xidmət etməsinə imkan verir.
Məhz bu baxımdan 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədlərindən biri xüsusi əhəmiyyət daşıyır. Söhbət yalnız daha çox xammal hasil etməkdən deyil, həmin xammalın ölkə daxilində daha geniş emal olunmasından və daha yüksək əlavə dəyər yaradılmasından gedir. Dövlət Proqramında mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Dəmir filizi, alüminium, mis və qızıl əsas prioritet sahələr sırasındadır.
Proqramın qarşıya qoyduğu hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün 2027-2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır.
Burada diqqətçəkən əsas məqam Azərbaycanın iqtisadi siyasətində “xammal hasilatı” yanaşmasından “xammaldan son məhsuladək dəyər zəncirinin qurulması” modelinə keçidin sürətləndirilməsidir. Bu, ölkənin sənaye potensialının artırılması ilə yanaşı, ixracın şaxələndirilməsinə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına, yerli iqtisadi əlaqələrin genişlənməsinə də xidmət edə bilər.
Dövlət Proqramının icrası çərçivəsində “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması nəzərdə tutulur. “Filizçay”da mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü”də qızılın emalı, “Daşkəsən” layihəsi çərçivəsində isə ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması planlaşdırılır.
Bu layihələr Azərbaycanın qeyri-neft sənayesinin inkişafında yeni mərhələ formalaşdırmaq potensialına malikdir. Xüsusilə metallurgiya kimi enerji tutumlu sənaye sahələrinin inkişafı baxımından ölkənin yaratdığı güclü enerji bazası mühüm üstünlükdür. Enerji təhlükəsizliyinin təmin olunması ilə sənayeləşmə siyasətinin bir-birini tamamlaması iqtisadi inkişafın dayanıqlığını gücləndirən amillərdəndir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji imkanlarından danışarkən dünya enerji bazarlarında mövcud vəziyyətə də diqqət çəkilməsi təsadüfi deyil. Qlobal miqyasda enerji təhlükəsizliyi məsələlərinin aktuallığını qoruduğu bir dövrdə Azərbaycanın həm daxili tələbatını təmin edən, həm də xarici bazarlara enerji resursları çıxaran ölkə kimi mövqeyi iqtisadi və strateji əhəmiyyət daşıyır.
Beləliklə, 96 faizlik qazlaşma səviyyəsi və 25 milyard kubmetrdən çox qaz ixracı Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələrin miqyasını göstərməklə yanaşı, ölkənin qarşıdakı sənaye inkişafı üçün formalaşdırdığı imkanların da göstəricisidir. Enerji sahəsində yaradılmış potensialın metallurgiya, dağ-mədən və digər qeyri-neft sənayesi istiqamətlərinə yönəldilməsi Azərbaycanın iqtisadiyyatının daha da şaxələndirilməsinə xidmət edir.
23 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə 2027-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi isə bu istiqamətdə qarşıdakı mərhələnin konkret dövlət siyasəti çərçivəsində həyata keçiriləcəyini müəyyənləşdirir.
Azərbaycanın enerji resurslarından əldə etdiyi imkanları yeni sənaye sahələrinin inkişafına, xammalın daha yüksək əlavə dəyərlə emalına və ixrac potensialının artırılmasına yönəltməsi ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, vaxtında həyata keçirilən enerji və infrastruktur layihələri ölkəni bir sıra qlobal çağırışların təsirindən qoruyub. Qarşıdakı dövrün əsas vəzifələrindən biri isə yaradılmış bu möhkəm təməldən istifadə etməklə Azərbaycanın sənaye və istehsal imkanlarını daha da genişləndirməkdir.
 

Kamran Əmirov,

YAP Qusar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri