Icma.az
close
up
RU
Azərbaycanın tədiyə balansı: qlobal dalğalanmalar fonunda güclənən iqtisadi dayanıqlılıq

Azərbaycanın tədiyə balansı: qlobal dalğalanmalar fonunda güclənən iqtisadi dayanıqlılıq

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, Azərbaycanın tədiyə balansının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3.0 milyard dollarlıq profisit formalaşdı və bu göstəricinin ÜDM-ə nisbəti 5.4 faiz təşkil etdi. Beynəlxalq praktikada məqbul hesab olunan bu səviyyə ölkənin xarici mövqelərinin sağlam struktur üzərində qurulduğunu göstərir.

Enerji sektorunun tədiyə balansında aparıcı rolu davam edib. Xam neftin orta qiymətinin 70.1 dollar/barel səviyyəsində formalaşması neft-qaz ixracından daxilolmaların sabit qalmasına imkan verib. Nəticədə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansında 10.7 milyard dollarlıq profisit qeydə alınıb. Bu məbləğ qeyri-neft-qaz sektoru üzrə formalaşan 7.7 milyard dollarlıq kəsiri tam kompensasiya etməklə ümumi balansın müsbət qalmasına əsas töhfə verib. Paralel olaraq, qeyri-neft-qaz ixracının 6.1 faiz artaraq 2.5 milyard dollara çatması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin real nəticələrini ortaya qoyur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  xarici ticarət göstəriciləri də müsbət dinamikanı təsdiqləyir. Hesabat dövründə xarici ticarət dövriyyəsi 30.8 milyard dollar təşkil edib və bunun nəticəsində ticarət balansında 5.6 milyard dollarlıq profisit yaranıb. Azərbaycan bu müddət ərzində dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri quraraq ixrac bazarlarının coğrafiyasını genişləndirib. Xarici ticarətdə MDB ölkələrinin payı 12.1 faiz, digər ölkələrin payı isə 87.9 faiz olub ki, bu da ölkənin qlobal bazarlara inteqrasiyasının yüksək səviyyədə olduğunu göstərir.

Əmtəə ixracı ümumilikdə 18.2 milyard dollar təşkil etsə də, əsas diqqət çəkən məqam ixrac strukturunun keyfiyyətidir. Neft-qaz məhsullarının ixracı 15.7 milyard dollar olmaqla əsas payı qoruyub saxlayıb, bunun 9.6 milyard dolları xam neftin, 5.6 milyard dolları təbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarının payına düşüb. Eyni zamanda qeyri-neft-qaz ixracının artımı ixrac portfelinin tədricən daha balanslı hala gəldiyini göstərir. İdxal həcminin 12.6 milyard dollara çatması daxili tələbin və iqtisadi fəallığın davam etdiyini nümayiş etdirir.

Xidmətlər sektorunda xüsusilə nəqliyyat sahəsi ön plana çıxıb. Qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi nəticəsində ixrac 2.6 milyard dollar, idxal isə 1.4 milyard dollar təşkil edib. Bu fərq nəqliyyat xidmətləri üzrə profisitin 1.3 milyard dollara çatmasına və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50.2 faiz artmasına səbəb olub. Turizm xidmətləri üzrə dövriyyə 2.7 milyard dollar olmaqla, ixracın 1.5 milyard dollar, idxalın isə 1.2 milyard dollar səviyyəsində formalaşması nəticəsində 300 milyon dollarlıq müsbət saldo yaranıb.

İnvestisiya və maliyyə axınları üzrə göstəricilər də ümumi müsbət mənzərəni tamamlayır. Hesabat dövründə ölkənin xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Bu artımın 1.0 milyard dolları xaricə yönəldilmiş birbaşa investisiyalar, 1.3 milyard dolları portfel investisiyaları, 2.2 milyard dolları isə digər investisiyalar hesabına formalaşıb. Qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların həcminin 1.0 milyard dollara yaxınlaşması bu sahəyə olan etimadın yüksəldiyini göstərir.

Bütün bu göstəricilər fonunda strateji valyuta ehtiyatlarının 2025-ci ilin 9 ayının sonuna 10.5 milyard dollar artaraq 81.5 milyard dollara çatması Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün əsas dayaq rolunu oynayır. Ehtiyat aktivlərinin reallaşmış hissəsində 1.1 milyard dollarlıq azalma müşahidə edilsə də, ümumi ehtiyatların artımı ölkənin maliyyə manevr imkanlarının daha da genişləndiyini göstərir.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayı üzrə tədiyə balansı göstəriciləri Azərbaycanın qlobal iqtisadi dəyişikliklərə uyğunlaşma qabiliyyətini, makroiqtisadi sabitliyini və xarici mövqelərinin möhkəmliyini aydın şəkildə nümayiş etdirir. Müsbət saldo, artan valyuta ehtiyatları, genişlənən ixrac coğrafiyası və güclənən xidmətlər sektoru ölkənin qarşıdakı dövrdə də dayanıqlı inkişaf trayektoriyasını davam etdirəcəyinə dair əsaslı nikbinlik yaradır.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri