Azərbaycanın hərbi qulluqçuları Pakistanda dənizdə gəmilərin zəbt olunması təlimini icra ediblər
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Pakistanın Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimində gəmilərin zəbt olunması tapışırığını icra ediblər.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlıları qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 11 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















