Icma.az
close
up
RU
Azərbaycanın hesabına QAZANILAN SƏRVƏT Sülhə yox, siyasətə xidmət edən Nobel Komitəsi

Azərbaycanın hesabına QAZANILAN SƏRVƏT Sülhə yox, siyasətə xidmət edən Nobel Komitəsi

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi 2025-ci il üzrə Nobel Sülh mükafatının qalibi məlum olub. Sözügedən mükafata venesuelalı fəal Maria Corina Maçado layiq görülüb
Maçado bu mükafata "Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə" layiq görülüb.
Qeyd edək ki, hər dəfə olduğu kimi bu il də Norveç Nobel Komitəsinin qərarı birmənalı qarşılanmayıb. Çünki adından göründüyü kimi bu mükafat sülhün əldə edilməsində xidməti olan şəxslərə verilir. Maçoda isə olsa-olsa ictimai fəaldır. O, Maduro hakimiyyətini ən çox tənqid edən şəxslərdən biridir. Hansısa hakimiyyəti və yaxud lideri tənqid edən birinə sülh mükafatının verilməsi heç bir məntiqə sığmır. Nəzərə alaq ki, Norveç Nobel Komitəsinin seçimləri hər il bu qədər bəsit və əsassız olub.
Nobel Komitəsinin qərəzli yanaşması
Bu mükafat bir çox hallarda vətəndaş qarşıdurmasına, milli-etnik zəmində qarşıdurmanı qızışdırmaq məqsədlərinə xidmət edib. Buna daha qəti əmin olmaq üçün mükafatçıların siyahısına baxmaq kifayət edir. Məsələn 1990-cı ildə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova Nobel Sülh mükafatı verildi. Halbuki məhz həmin ildə Qorbaçov Bakıda qanlı qırğın törədilməsinə göstəriş vermişdi.
Sovet Ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gücə paytaxt Bakıya daxil olaraq kütləvi qırğın həyata keçirdi. Xalqın müstəqillik tələbini boğmaq niyyəti güdən həmin hadisələr zamanı 130-dan çox soydaşımız həlak oldu, yüzlərlə insan yaralandı və həbs edildi. Yəni azadlıq və suverenlik istəyən insanları öz qanlarında boğan birisi necə sülh carçısı ola bilər?!
Təbii ki, bu faktı bütün dünya və Norveç Nobel Komitəsinin üzvləri də görürdü və bilirdi. Lakin onları xalqların azadlıq arzusu yox, öz siyasi maraqları daha çox düşündürür
 

Ümumiyyətlə, Norveç Nobel Komitəsinin bütün seçimləri birtərəfli və subyektiv olub. Məsələn 2009-cu ildə ABŞ prezidenti Barak Obamaya Nobel Sülh mükafatı verildi. Amma soruşan yoxdur ki, Obama 2009-cu ildə hansı ölkədə sülhün əldə olunmasına töhfə verib?!


Komitənin qərarlarındakı siyasi maraqları və subyektivliyi göstərən daha bir fakt isə odur ki, mükafat qaliblərə fəaliyyətinə və əldə etdiyi uğurlara görə yox, təmsil etdiyi ölkələrə görə verilir. Məsələn Qərb ölkələrində bu mükafat ancaq dövlət adamlarına verilib. Şərq ölkələrində isə ancaq müxalifət nümayəndələri Nobel Sülh mükafatını alıb.
Norveç Nobel Komitəsi siyasiləşmiş bir qurumdur.
Bu təşkilat öz fəaliyyətinin dünyada sülhün təmin olunmasına yox, siyasi maraqların təmin edilməsi üzərində qurub. Bunu siyasətdən az-çox başı çıxan hər kəs bilir. Zaman-zaman komitənin qərarları narazılıq və etirazla qarşılanıb.
Məsələn 1973-cü ildə bu mükafat “Vyetnam müharibəsində atəşkəs əldə olunması və Amerika qüvvələrinin çıxarılması məqsədi güdən 1973-cü il Paris sazişinə görə” ABŞ və Vyetnam rəsmilərinə verildi. Lakin Vyetnamın danışıqlardakı nümayəndəsi Le Dık Tho o zaman bu mükafatdan imtina etdi. Səbəbsə o idi ki, Vyetnamda hər hansı bir süh təmin olunmamışdı. Beləcə mükafat milyonlarla vyetnamlının ölümündə birbaşa əli olan ABŞ Dövlət katibi Henri Kissencerə verilmişdi.
Azərbaycan nefti hesabına yaradılan komitə
Təbii ki, komitənin qərarlarına hər zaman olduğu kimi bu il də etirazlar oldu. Məsələn ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıqlar üzrə Xüsusi Elçisi Paolo Zampolli bəyan edib ki, Nobel Sülh Mükafatı prezident Donald Trampın real diplomatik nailiyyətlərinə məhəl qoymamaqla özünü növbəti dəfə nüfuzdan salıb.
Amerikalı diplomat Nobel Komitəsinin Azərbaycanın hesabına formalaşmasına da diqqət çəkib:
"Bu, ironikdir: Alfred Nobel sərvətini Azərbaycan nefti hesabına qazanıb, lakin mükafat Azərbaycanda sülhün əldə olunmasına kömək edən insana məhəl qoymur", - deyə Zampolli vurğulayıb.
 

Bütün dünya bilir ki, bu mükafatların təsisçiləri XIX əsrin axırlarında Bakıya gələrək Azərbaycan neftindən böyük sərvətlər qazanıblar. Sovet hakimiyyəti bərqərar olandan sonra Nobel qardaşları sərvətlərini götürüb Norveçə qaçıblar.Lakin nə Nobel qardaşları, nə də ki, onun mənəvi varisləri heç zaman Azərbaycana olan mənəvi borclarını ödəməyiblər.


Bir dəfə də olsun Azərbaycanda davamlı sülhün təmin olunmasını təşviq etməyiblər. Üstəlik nə 44 günlük müharibədən, nə də ki, 8 avqust 2025-ci ildən sonra təkcə Azərbaycana yox, bütövlükdə regiona davamlı sülhün gəlişinə münasibət bildirməyiblər.
Bu faktın özü bir nankorluq nümunəsidir.
 

Norveç Nobel Komitəsi ən azından mənəvi borc olaraq Azərbaycanın qətiyyəti hesabına Cənubi Qafqaza davamlı sülhün gətirilməsinə münasibət bildirməli idi. Bu həm də Komitənin fəaliyyətində obyektivliyin göstəricisi olardı.


Amma görünən odur ki, norveçlilər obyektivlik və ədalətli yanaşma tərəfdarı deyillər. Əksinə onlar müxtəlif ölkələrdə münaqişələrin qızışmasına, vətəndaş qarşıdurmasında daha maraqlıdır. Bunun sübutu üçün mükafatçılar siyahısına baxmaq kifayətdir. Son 5 ildə mükafat alanların 4-ü öz ölkəsində fəaliyyət göstərən siyasi fəallardır. Hansısa siyası fəal ümumbəşəri məqsədlərə xidmət edə bilməz. Belələri olsa-olsa bəzi güclərin müxtəlif ölkələrə təzyiq yolunda dəyənəyi ola bilər.
Məhz bu cür subyektiv yanaşmalar səbəbilə Nobel Sülh mükafatı tədricən öz nüfuzunu və əhəmiyyətini itirir. Artıq yeni Beynəlxalq Sülh mükafatının təsis edilməsi istiqamətində çağırışlar da səslənir. Təsadüfi deyil ki, ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıqlar üzrə Xüsusi Elçisi Paolo Zampolli bəyan edib ki, “Tramp Sülh Mükafatı” təsis etməyin vaxtı çatıb.
Nobel Komitəsi isə bu cür qərəzli addımlarına davam edərsə, yəqin ki, Nobel mükafatları yaxın gələcəkdə olan-qalan önəmini də itirəcək.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri