Azərbaycanın yunan Roma güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Ziya Babaşov (63 kiloqram) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabı ilə, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
Digər güləşçilər Davud Məmmədov (77 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) ilk görüşlərində rəqiblərinə məğlub olublar. Ayxan Mərdanov (130 kiloqram) isə startda çinli Şuanqyu Çenə "tuş"la qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















