Icma.az
close
up
RU
Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Hazırda Azərbaycanın üç xarici ölkədə - Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:

“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.

seeBaxış sayı:26
embedMənbə:https://sitat.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri