Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün rejissor, ssenarist Zeynəb Kazımovanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Azərbaycan kinosunun inkişaf mərhələsində böyük zəhmət, bacarıq tələb edən sənət ocağına üz tutan bilik və istedadını kinomuzun inkişafına sərf edən ilk qadın rejissorlarımızdan biri də Zeynəb Kazımovadır.

Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olub. Hələ kiçik yaşlarından kinoya maraq göstərib. Sənətə olan sevgisinə görə Bakı Dövlət Universitetini bitirdikdən sonra Bakı kinostudiyasında işləməyə başlayıb (1935). Həmin ildə kinostudiyada istehsal olunan “Almaz” kinodramında komissiyanın üzvü rolunda çəkilib.

Sözügedən filmdən sonra Aleksandr Popov və Qəmər Salamzadənin quruluş verdiyi “Dəcəl dəstə” (1937) filmində rejissor köməkçisi işləyib. 1940-cı ildə Bakı neftçilərinin həyatından bəhs edən “Yeni horizont” kinodramında, 1941-ci ildə isə Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən “Səbuhi” bioqrafik filmində montaj üzrə assistent kimi çalışıb. Sonrakı fəaliyyətində ardıcıl olaraq “Bir ailə”, “Arşın mal alan” (1945) filmlərində rejissor assistenti, “Fətəli xan”, “Bakının işıqları”, “Telefonçu qız” filmlərində ikinci rejissor işləyib, “Həyat öyrədir”, “Axırıncı namaz” qısametrajlı dramlarına və “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən” novellasına rejissor kimi quruluş verib.

Sənədli kino rejissoru kimi tanınan Zeynəb Kazımova bu sahədə də fərqli və maraqlı mövzulara müraciət edib, o cümlədən “Akif Cəfərovun briqadası”, “Əzim Əzimzadə”, “Sevil Qazıyeva”, “Usta Aslan”, “İgidliyin əbədidir sənin”, “Muğan qızı”, “Sürəyya”, “Gəmilər tarlaya çıxır” və digər sənədli filmlər, kinojurnallar üçün bir sıra süjetlər çəkib.

Yaradıcılıq filmoqrafiyasına 30-dan çox film daxil olan Zeynəb xanımın bəxti onda gətirib ki, kinodakı fəaliyyəti dövründə görkəmli kinorejissorlardan Ağarza Quliyev, Rza Təhmasib, Yefim Dziqan, Qriqori Aleksandrov kimi kino biliciləri ilə çiyin-çiyinə çalışıb, yaradıcılığı boyu onlardan sənət sirlərini öyrənib.

Çevikliyi, tələbkarlığı, müraciət etdiyi mövzulara dügün yanaşma mövqeyi, aktyorlarla həssaslıqla işləmək bacarığı həmkarları və dostları arasında daha çox rəğbət qazanmasına səbəb yaradıb, müsbət fərdi cəhətlərinə görə sayılıb-seçilib. Zeynəb xanımın sənətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Kinoda göstərdiyi xidmətlərə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Mənbələrin birində işində tələbkar olduğu qədər həyatda diqqətcil və nəcib xüsusiyyətli xanım kimi tanınan Zeynəb Kazımovanın həyat yoldaşı, kinoaktyor, səs operatoru, Əməkdar mühəndis Ağahüseyn Kərimovun xatirələrinə rast gəlirik: “Zeynəb xanımın surəti həmişə gözlərim önündədir. Söhbətləri qulaqlarımda səslənir. Zeynəb xanımla “Səbuhi” filmində birgə işləyəndən sonra evlənmişdik. Onunla uzun illər dublyajda bir yerdə çalışmışıq. O, rejissor olub, mən isə səs operatoru. Zeynəb xanım çox işgüzar, özünə qarşı tələbkar, hər şeyin yerini bilən adam idi. İşdə də, evdə də səliqə-sahmanı çox sevirdi. Nəinki özünün, həm də həmkarlarının müvəffəqiyyətinə uşaq kimi sevinirdi”.

Bəli, Zeynəb Kazımovanın yaradıcılığı, əsasən də sənədli kinoda müraciət etdiyi vacib, gərəkli mövzular ətrafındakılar üçün olan narahatlığını və böyük sevgisini bir daha sübut edir.

Arzularını məsləyində gerçəkləşdirən, istəklərini əməllərində təsdiqləyən, düşüncələrini yaradıcılığında göstərən sənət adamları məhz bu mənada xoşbəxtdirlər.

Kinoda maraqlı və mənalı ömür yaşayan Zeynəb Kazımova da müsbət fərdi cəhətlərinə görə şəxsiyyətini, peşəkarlığına görə isə yaradıcılığını unudulmaz edib, daim hörmətlə xatırlanıb.

2019-cu ildə rejissorluğu Sənan Sultanova aid olan AzTV istehsalı Kinomuzda zərif izlər adlı film Zeynəb Kazımovanın həyat və yaradıcılığına həsr olunub.

Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi - Şikayəti təmin olunmadı "Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı Afaq Bəşirqızı əməliyyat olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri