Icma.az
close
up
RU
Əhaliyə sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA KONKRET

Əhaliyə sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sənədsiz evlərlə bağlı vəziyyət hər il daha da pisləşir. Doğrudur, ölkəmizdə artıq müəyyən müddətdir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Hal – hazırda bu proses davam etməkdədir. Problemin həlli istiqamətində müxtəlif vaxtlarda Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunun 8- ci maddəsinə dəfələrlə dəyişikliklər edilib. Lakin bu dəyişikliklər sənədsiz evlərlə bağlı problemləri köklü şəkildə tam həll edə bilməyib. Hərçənd sənədsiz evlərlə bağlı məsələ həll olunsa, bu, dövlət büdcəsinə verilən vergilərin miqdarını artıra və büdcəyə vəsaitin daxil olmasını təmin edə bilər. 

Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, əslində ölkədə 500 min qanunsuz daşınmaz əmlakın olduğu haqda səslənən rəqəmlər inandırıcı deyil. Orta hesabla hər evdə 4 nəfər yaşadığını düşünsək, bu, təxminən 2 milyon insan deməkdir. Bu qədər insanın Bakıda sənədsiz evlərdə yaşaması real görünmür:

Mehman Muradlı

“Ümumiyyətlə, 500 min rəqəminin özü şişirdilmiş təsir bağışlayır. Bakı şəhəri üçün bu miqyasda göstərici inandırıcı deyil. Bunu deməyimin səbəbi də var. Vaxtilə Dünya Bankı ilə birlikdə reyestr xidməti çərçivəsində uzunmüddətli layihələr həyata keçirilmişdi. Həmin layihələr zamanı real vəziyyətlə rəqəmlər arasında ciddi fərqlər üzə çıxmışdı. Məsələn, Montin ərazisində təxminən 23 hektarlıq sahə üzrə ilkin siyahıda 1300 ev göstərilmişdi. Lakin sonradan əraziyə daxil olub dəqiq say aparıldıqda məlum oldu ki, faktiki evlərin sayı təxminən 300–350 civarındadır. Yəni rəqəm 3–4 dəfə şişirdilmişdi. Bu cür şişirtmələr adətən sonradan müxtəlif maliyyə iddiaları irəli sürmək üçün edilir. Bu baxımdan, 500 min qanunsuz və sənədsiz evlə bağlı səsləndirilən rəqəmlər də inandırıcı deyil. Real göstərici, ən yaxşı halda, 100–150 min, maksimum isə 200 min civarında ola bilər. Digər mühüm məsələ isə bu evlərin yerləşdiyi ərazilərlə bağlıdır. Qanunsuz evlərin böyük hissəsi dəmir yolunun təhlükəsizlik zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, magistral su kəmərlərinin üzərində, neft və sənaye obyektlərinin ərazilərində yerləşir. Bu evlərin əksəriyyəti 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində nəzarətsiz şəkildə tikilib. O dövrdə şəhərsalma prinsiplərinə ciddi fikir verilməyib, torpaq sənədləri olmadan, kimə necə gəldi, evlər inşa olunub”.

Vəkilin sözlərinə görə, indi məsələ təkcə evlərin qeydiyyata alınması deyil:

“Bu ərazilərin normal şəhər infrastrukturu ilə təmin olunması çox çətindir. Söhbət elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsindən gedir. Bu isə dövlət üçün çox böyük maliyyə yükü deməkdir. Bəziləri yalnız vergi məsələsinə baxır: guya dövlət bu evləri leqallaşdırsa, böyük vergi gəliri əldə edəcək. Amma unudulur ki, dövlət əvvəlcə həmin ərazilərə küçələr, kommunikasiya xətləri, kanalizasiya sistemi, enerji infrastrukturu çəkməlidir. Bu xərclər nəzərə alınmadan təkcə vergi potensialı ilə məsələni qiymətləndirmək düzgün deyil.
Yekun olaraq demək olar ki, 500 min qanunsuz evin qeydiyyata alınması ideyası reallıqdan uzaqdır. Bu yanaşma ciddi mütəxəssis mövqeyindən çox, emosional və populist yanaşmanı xatırladır. Məsələyə yalnız gəlir nöqteyi-nəzərindən yox, xərclər və şəhərsalma reallıqları prizmasından baxmaq lazımdır”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri