Azərbaycanın incəsənət xadimləri Daşkənddə keçirilən musiqi bayramında iştirak edib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Daşkənddə Mədəniyyət və İncəsənət üzrə "Yeni Özbəkistan Ulduzları" Milli Mükafatının təqdim olunması mərasimi keçirilib.
Tədbirdə müxtəlif nominasıya üzrə 20 mədəniyyət və incəsənət xadimi bu nüfuzlu mükafata layiq görülüb.
Ümumiyyətlə isə dördüncü dəfə baş tutan bu tədbirdə 60 adam bu mükafatın sahibi olub.
Bu incəsənət bayramına Azərbaycan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn qonaqlar da qatılıb.
Ölkəmizi bu nüfuzlu mədəniyyət bayramında Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova təmsil edib.
Özbək milli mədəniyyəti və incəsənətinin beynəlxalq nüfuzunun yüksəldilməsinə öz səmərəli fəaliyyəti ilə layiqli töhfə verən bir qrup xarici incəsənət xadiminə Özbəkistan Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” döş nişanı təqdim olunub. Mənsum İbrahimov və Gülyanaq Məmmədova da mükafatı alanlar sırasında olub.
Mərasimdən sonra Mənsum İbrahimov jurnalistlərə bildirib ki, "Yeni "Özbəkistan Ulduzları" mükafatının təqdim edilməsi mərasiminə dəvət olunmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Həqiqətən də musiqi sərhəd tanımır, mədəniyyət insanları, ölkələri və dövlətləri birləşdirir. Təbii ki, biz bir xalqıq, bir dili bölüşürük. Mən Özbəkistanı çox sevirəm. Burada Yulduz Turdiyeva adlı tələbəm var. 2022-ci ildə Daşkənddəki “Türküstan” sarayında solo konsertim oldu, keçən il isə Yulduzla ölkələrimizin qardaşlığını həsr olunan konsertdə duet ifa etdik. Mən tez-tez buraya gəlirəm və hər dəfə Özbəkistanda yeni nailiyyətlər və inkişaf görürəm ki, bu da məni çox sevindirir. Mən bu ölkəni çox sevirəm və onun daim inkişaf etməsini, musiqimizin gözəl əks-səda verməsini arzulayıram. Sizinlə yenidən gözəl tədbirlərdə görüşməyi səbirsizliklə gözləyirəm.
Dördüncü dəfə keçirilən bu mərasim “ZOR TV” televiziya kanalında canlı yayımlanıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















