Rusiya Avropa İttifaqının qara siyahı sına salındı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Rusiyanın çirkli pulların yuyulması ilə bağlı Avropa İttifaqının (Aİ) "qara siyahı"sına salınması barədə qərar cümə axşamından qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın çirkli pulların yuyulması üzrə "qara siyahı"ya salınması barədə qərar yanvarın 29-da Aİ dövlətlərindən hər hansı etiraz gəlmədiyi üçün qüvvəyə minib", - deyə mətbuat xidmətindən bildirilib.
Bu qərar 2025-ci ilin dekabrında Avropa Komissiyası tərəfindən qəbul edilib və onun qüvvəyə minməsi Aİ Şurasında "sükut proseduru" vasitəsilə baş tutub.
Bu "qara siyahı" Avropa bankları üçün siyahıya daxil edilmiş ölkələrlə bağlı istənilən tranzaksiyalara nəzarət üzrə əlavə öhdəliklər tətbiq edir. Bu həmçinin Aİ-yə imkan verir ki, xarici dövlətlərə "qara siyahı"dakı ölkələrlə maliyyə əməliyyatlarına nəzarəti sərtləşdirmək üçün təzyiq göstərsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















