Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Azərbaycanın informasiya məkanı etibarlı qorunur

Azərbaycanın informasiya məkanı etibarlı qorunur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

XXI əsr həm də informasiya məkanında ciddi rəqabət dövrüdür. Dövlətlərin gücü artıq kibermüdafiə potensialı ilə ölçülür. İnformasiyanın qorunması, rabitə şəbəkələrinin etibarlılığı və milli təhlükəsizliklə bağlı verilən qərarların elektron mühitdə müdafiəsi yeni dövrün əsas şərtlərindəndir.

Azərbaycan da bu reallığı nəzərə alaraq öz milli kibermüdafiə qalxanını formalaşdırıb. Bu missiyanı həyata keçirən əsas qurumlardan biri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir (XRİTDX). Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra informasiya təhlükəsizliyi məsələsi dövlətçiliyin dayaqlarından biri kimi ön plana çıxdı. 1994-cü ildən etibarən əsası qoyulan xüsusi rabitə strukturu tədricən inkişaf edərək müasir dövrün çağırışlarına cavab verən möhkəm bir xidmətə çevrildi.

Ulu öndər Heydər Əliyev hələ 1990-cı illərin əvvəllərində informasiya texnologiyalarının strateji əhəmiyyətini dərindən dərk edərək rabitə sistemlərinin modernləşdirilməsini dövlət siyasətinin prioritetlərindən biri elan etmişdi. Onun siyasi irsi bu gün XRİTDX-in fəaliyyətində canlı şəkildə yaşamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi altında isə bu sahə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının 2024-cü ildə imzaladığı sərəncamla 26 sentyabr tarixinin qurum əməkdaşlarının peşə bayramı günü elan olunması həm də informasiya təhlükəsizliyi sahəsinə verilən yüksək qiymətin təzahürüdür.

Azərbaycanın qarşılaşdığı müharibələr göstərdi ki, müasir dövrdə silahların səsi ilə yanaşı, kiberhücumların görünməz zərbələri də paralel şəkildə baş verir. 2020-ci il Vətən müharibəsi dövründə Ermənistan və onun xaricdəki tərəfdarları Azərbaycanın dövlət qurumlarına, strateji infrastrukturuna və media resurslarına qarşı kütləvi hücumlar təşkil etdi. Bu hücumların məqsədi dövlət sistemlərini iflic etmək, ictimai rəydə çaşqınlıq yaratmaq və informasiya müharibəsində üstünlük qazanmaq idi.

XRİTDX-in peşəkar müdafiə tədbirləri nəticəsində həmin hücumlar dəf edildi. Dövlət saytları və elektron xidmətlər sabit fəaliyyətini davam etdirdi, ictimaiyyətə yayılan dezinformasiyanın qarşısı alındı. “Qisas” əməliyyatları zamanı da oxşar intensiv hücumların 7 gün ərzində davam etməsinə baxmayaraq, XRİTDX-nin qabaqcıl texnologiyalar və real vaxt monitorinqi sayəsində ölkənin informasiya təhlükəsizliyi qorundu.

Azərbaycan son illərdə sürətli rəqəmsallaşma mərhələsinə qədəm qoyub. Elektron hökumət xidmətləri, rəqəmsal iqtisadiyyat, onlayn bankçılıq və elektron ticarət insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu, vətəndaşlara rahatlıq gətirsə də, yeni təhlükələr də doğurur. Məhz buna görə XRİTDX yalnız dövlət qurumlarının deyil, ümumilikdə ölkənin rəqəmsal mühitinin sabitliyini qoruyan əsas institutdur. Əməkdaşlar xüsusi rabitə kanallarının təhlükəsiz işləməsini təmin etməklə yanaşı, müasir kriptoqrafik metodlardan, qabaqcıl şəbəkə müdafiə sistemlərindən və süni intellekt əsaslı monitorinq texnologiyalarından istifadə edirlər. Bununla da kiberhücumların vaxtında aşkarlanması və qarşısının alınması mümkün olur.

Kibermüdafiə yalnız texnoloji məsələ deyil, həm də ictimai şüur məsələsidir. İstənilən vətəndaşın şəxsi məlumatlarının qorunması, şifrələrin təhlükəsizliyi, sosial şəbəkələrdəki davranış qaydaları bütövlükdə dövlətin informasiya təhlükəsizliyinə təsir göstərir. XRİTDX bu istiqamətdə ictimai maarifləndirməyə də böyük önəm verir. Təlimlər, maarifləndirici kampaniyalar, beynəlxalq təcrübə mübadiləsi və gənclərin bu sahəyə cəlb olunması Azərbaycanın kiber mədəniyyətini formalaşdıran əsas addımlardandır.

Kibertəhlükəsizlik qlobal xarakter daşıdığı üçün heç bir dövlət təkbaşına bütün təhdidlərin qarşısını ala bilməz. Azərbaycan da bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir. NATO, Avropa İttifaqı və BMT çərçivəsində keçirilən tədbirlərdə iştirak, regional əməkdaşlıq platformalarında aktiv mövqeyin tutulması, həmçinin 2024-cü ildə Bakıda təşkil edilən Kiberdiplomatiya Konfransı bu istiqamətdə mühüm addımlardır. Bu konfrans Azərbaycanın yalnız öz təhlükəsizliyini təmin etməklə kifayətlənmədiyini, eyni zamanda beynəlxalq dialoq mərkəzinə çevrilmək niyyətində olduğunu göstərir.

2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 konfransı isə Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində imkanlarının real sınağı oldu. Minlərlə iştirakçının qatıldığı bu qlobal tədbirdə rabitə şəbəkələrinin sabitliyi, məlumat bazalarının qorunması və kiberhücumların qarşısının alınması strateji əhəmiyyət daşıyırdı. XRİTDX bu prosesdə əsas məsuliyyət daşıyan qurum kimi üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etdi.

Konfrans zamanı “AzStateNet” dövlət internet şəbəkəsi vasitəsilə bütün vacib obyektlərin etibarlı bağlantısı təmin edildi, qabaqcıl şifrələmə sistemləri ilə məlumat bazaları qorundu, kiberhücumların qarşısı üçün çoxpilləli monitorinq sistemləri işə salındı. Bu tədbirlər nəticəsində COP29 heç bir təhlükəsizlik problemi olmadan başa çatdı və Azərbaycanın beynəlxalq imicinə mühüm müsbət təsir göstərdi.

Rəqəmsal dünya daim dəyişir. Süni intellekt, “deepfake” texnologiyaları, kvant kompüterləri və yeni tip kiberhücum metodları yaxın gələcəyin reallıqlarıdır. Buna görə də XRİTDX qarşısında duran ən böyük vəzifə daim yenilənmək, texnoloji tərəqqiyə uyğunlaşmaq və qabaqcıl kadr potensialı formalaşdırmaqdır.

Azərbaycan bu sahədə yalnız müdafiə mövqeyində qalmaq niyyətində deyil, həm də regional liderə çevrilmək üçün ardıcıl addımlar atır. Bu, ölkənin milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq miqyasda kibertəhlükəsizlik üzrə söz sahibinə çevrilməsini təmin edəcək.

Bu gün dünyada informasiya məkanı dövlət sərhədləri qədər önəmlidir. Azərbaycanın güclü kibermüdafiə qalxanı olan XRİTDX ölkənin milli maraqlarını qoruyan, rabitə xətlərini etibarlı saxlayan və vətəndaşların informasiya məkanında təhlükəsizliyini təmin edən strateji qurumdur.

Əməkdaşların görünməz əməyinin nəticəsi olaraq Azərbaycan yalnız özünün daxili təhlükəsizliyini möhkəmləndirmir, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri