Icma.az
close
up
RU
Azərbaycanın inkişaf modeli

Azərbaycanın inkişaf modeli

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Su təhlükəsizliyi XXI əsrdə dövlətlərin sosial-iqtisadi dayanıqlığını və milli təhlükəsizlik sistemini müəyyən edən əsas strateji amillərdən birinə çevrilib. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, əhali artımı və urbanizasiya prosesləri suya olan tələbatı sürətlə artırmaqla yanaşı, onun idarə olunmasına yanaşmanı da köklü şəkildə dəyişməyi zəruri edir. Bu baxımdan su artıq yalnız kommunal xidmət sahəsi deyil, uzunmüddətli inkişaf, iqtisadi sabitlik və ekoloji tarazlıq məsələsi kimi qiymətləndirilir. Azərbaycan da qlobal çağırışları nəzərə alaraq su siyasətini strateji əsaslar üzərində qurur və bu istiqamətdə ardıcıl qərarlar qəbul edir.

Prezident İlham Əliyevin yanvarın 12-də sədrliyi ilə keçirilmiş müşavirə bu siyasətin növbəti mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasını əhatə edən, 2026–2035-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramının əsas istiqamətləri müəyyənləşdirildi. Bu proqram paytaxt aqlomerasiyasının içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin sistemli və uzunmüddətli həllini hədəfləyir. Burada əsas məqsəd yalnız bugünkü ehtiyacları qarşılamaq deyil, gələcək riskləri də nəzərə alan dayanıqlı model formalaşdırmaqdır.
Son iyirmi ildə ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın planlı inkişaf modelinin nəticələrini aydın şəkildə ortaya qoyub. Enerji təhlükəsizliyinin tam təmin olunması, qazlaşma səviyyəsinin demək olar ki, universal həddə çatdırılması, avtomobil yolları və nəqliyyat infrastrukturunun yenilənməsi ölkənin sosial və iqtisadi həyatında keyfiyyət dəyişiklikləri yaradıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğu vahid iqtisadi məkanın formalaşmasına xidmət edir. Bu uğurlu təcrübənin su sektorunda da eyni ardıcıllıqla tətbiqi artıq obyektiv zərurətə çevrilib.
Su təsərrüfatı sahəsində görülən işlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Son illərdə inşa edilən iri su anbarları, o cümlədən Taxtakörpü və Şəmkirçay layihələri Bakının və regionların su təminatında əsas dayaqlardan birinə çevrilib. Samur çayı sularının Ceyranbatan anbarına yönləndirilməsi və burada müasir sutəmizləyici qurğuların yaradılması paytaxtın içməli su təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu layihələr su ehtiyatlarının yığılması, qorunması və səmərəli istifadəsi baxımından strateji əhəmiyyət daşıyır.
Azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası isə ayrıca prioritet istiqamət kimi həyata keçirilir. İşğal dövründə su resurslarının təzyiq və təhdid vasitəsinə çevrilməsi kənd təsərrüfatına və əhalinin yaşayışına ciddi zərər vurmuşdu. Bu gün Sərsəng, Suqovuşan, Xaçınçay, Köndələnçay və Zabuxçay su anbarlarının yenidən qurulması, Həkəriçay və Bərgüşadçay üzərində yeni anbarların planlaşdırılması Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı yaşayış və istehsal məkanına çevrilməsinə xidmət edir. Bu addımlar həm də ölkənin ümumi su balansını gücləndirir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı paytaxt və Abşeron yarımadası üçün kompleks yanaşma təqdim edir. Proqram çərçivəsində onlarla yeni su anbarının tikintisi, sayğaclaşdırmanın tam təmin edilməsi, fasiləsiz içməli su ilə təminatın əhəmiyyətli dərəcədə artırılması və su itkilərinin kəskin azaldılması nəzərdə tutulur. Kanalizasiya xidmətlərinin genişləndirilməsi, yağış sularının idarə olunması üçün yeni kollektorların inşası şəhər infrastrukturunun davamlılığını artıracaq. Maliyyələşmənin dövlət büdcəsi ilə yanaşı, xarici kreditlər hesabına həyata keçirilməsi isə proqramın real və icraolunan xarakter daşıdığını göstərir.
Proqramın mühüm istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Dənizə axıdılan tullantı sularının tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun tikintisi su mənbələrinin şaxələndirilməsinə və Xəzər dənizinin qorunmasına xidmət edir. Rəqəmsal idarəetmə, müasir monitorinq sistemlərinin tətbiqi və şəffaf nəzarət mexanizmləri su sektorunda yeni idarəetmə mərhələsinin əsasını qoyur.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri